Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > AHİK-in IV Məclisi keçirilib
AHİK-in IV Məclisi keçirilib |
Dekabrın 28-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) onlayn formatda IV Məclisi keçirilib.
AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, əvvəlcə Məclis iştirakçıları Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Məclisin gündəliyinə “AHİK-in üzv təşkilatlarında hesabat-seçki yığıncaqları barədə”, “İşçilərin əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolu” və təşkilati məsələlər daxil edilib. Tədbirdə AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin “İşçilərin əmək hüquqlarının qorunmasında həmkarlar ittifaqlarının rolu” mövzusunda məruzəsi dinlənilib. AHİK sədri bildirib ki, ölkəmizdə işləyən insanların əmək və sosial hüquqlarının müdafiəsi dövlətimizin iqtisadi siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin həyata keçirilməsi məqsədilə müxtəlif proqramlar, strategiyalar, konsepsiyalar qəbul olunub və uğurla icra edilib. Həmkarlar ittifaqları da Dayanıqlı İnkişafın təşviqinə dair strategiya qəbul edib. Həmkarlar ittifaqlarının yaxın hədəflərini əks etdirən seçilmiş 5 prioritet məqsəd üçün yol xəritəsi müəyyənləşdirilib. S.Möhbalıyev qeyd edib ki, pandemiya dövründə AHİK və üzv təşkilatları tərəfindən 114 min 724 aztəminatlı ailəyə ərzaq və maddi yardım göstərilib, 117 min 203 nəfərə isə maddi yardım edilib. Məruzə dinlənildikdən sonra gündəliyə çıxarılan məsələlərin müzakirəsi aparılıb, təşkilati və digər məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub. Sonra AHİK sədri əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası, sağlam və təhlükəsiz iş şəraitinin yaradılması, bədbəxt hadisələrin, istehsalat zədələrinin, peşə xəstəliklərinin minimuma endirilməsi, əməyin mühafizəsi üzrə qayda və normalara əməl edilməsi məqsədilə mütəmadi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi ilə bağlı bəzi tövsiyələr verib. S.Möhbalıyev, həmçinin deyib ki, həmkarlar ittifaqlarına ünvanlanan bütün müraciətlər dərindən araşdırılmalı, qaldırılan bütün problemlər qanunvericiliyə uyğun olaraq vaxtında həll edilməli, vətəndaş məmnunluğu tam təmin olunmalıdır. Şəhid ailələrinin və valideynlərinin, qazilərin, veteranların müraciətlərinə həssaslıqla yanaşmağı diqqətə çatdıran Konfederasiya sədri bunun hamımızın müqəddəs borcu olduğunu vurğulayıb. Sonda S.Möhbalıyev Məclis iştirakçılarını, həmçinin Azərbaycan həmkarlar ittifaqlarının bütün üzvlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, növbəti ildə onlara yeni-yeni uğurlar və xoşbəxt günlər arzulayıb. 2021-ci ildə ölkəmizin qazandığı nailiyyətlərə görə dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür edən S.Möhbalıyev dövlətimizin daha da inkişafı, xalqımızın firavanlığı və xoşbəxt gələcəyi naminə onlara qarşıdan gələn ildə də böyük uğurlar arzulayıb. Geri dön |