Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > "İranın milli birliyimizi pozmaq cəhdləri boşa çıxdı"- Güney Azərbaycan təşkilatları 31 dekabrla bağlı bəyanat yaydı
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > "İranın milli birliyimizi pozmaq cəhdləri boşa çıxdı"- Güney Azərbaycan təşkilatları 31 dekabrla bağlı bəyanat yaydı

"İranın milli birliyimizi pozmaq cəhdləri boşa çıxdı"- Güney Azərbaycan təşkilatları 31 dekabrla bağlı bəyanat yaydı


Bəyanatda deyilir:

"1813-dcü ildən bu günədək düşmənlər tərəfindən parçalanmaya məruz qalan elimizin, yurdumuzun 1989-cu ildə həmrəy olduğu, birliyə doğru ilk böyük addımını atdığı gündür.

Bu gün Azərbaycan xalqının Araz boyunca yurdumuzun sinəsinə çəkilmiş dəmir pərdəni söküb-dağıtdığı, Azərbaycanın öz birliyinə doğru ilki uğurlu addımı atdığı gündür!

Dünyada yaşayan 50 milyondan çox Azərbaycan türkünün dayanışma (həmrəylik) günü hər il coşğu ilə qutlanır. Bu, soydaşlarımız arasında mənəvi bağların güclənməsində, milli şüurun yüksəlməsində önəmli bir rol oynamaqdadır!"

Güney Azərbaycan təşkilatları bəyan edib ki, Azərbaycanın 44 günlük savaşda böyük zəfəri milli birliyə daha da təkan verib.

"2020-ci ildə 44 günlük ikinci Qarabağ savaşında qazanılan zəfər Quzey Azərbaycanın torpaq bütünlüyü yolunda anlamlı və uğurlu addım sayılmaqla yanaşı, həm də Azərbaycanın bütövlük məfkurəsində yeni bir ruh və gücün ortaya çıxmasının nədəni oldu.

Güney Azərbaycanın bir çox şəhərində minlərcə vətəndaşımızın Quzey Azərbaycanımızla həmrəylik və birlik göstərmələri, fars şovinist rejiminin qəzəbləndirdi, çox sayda vətəndaşımız bu nədənlə İran rejimi tərəfindən cəzalandırıldı.

Azərbaycan Milli Hərəkatın günü gündən say və keyfiyyət baxımından güclənməsi eyni halda Azərbaycan Cümhuriyyətinin hər sahədə, özəlliklə də hərbi cəhətdən güclənməsi bütöv Azərbaycan birliyinə dərin ümidlər yaratdırb"-deyə, bəyanatda qeyd olunur.

Sənəddə qeyd olunur ki, İran fars rejiminin milli birliyimizi pozamq istiqamətində bütün siyasəti iflasa uğrayıb:

"İran fars rejiminin bu birliyə, həmrəyliyə qarşı apardığı siyasət boşa çıxdı. İran ordusunun Araz kənarında hərbi təlimlərlə hədə-qorxu siyasəti iflasa uğradı.

Azərbaycanın dayanışma və həmrəyliyi bütövlük yolunun açarı olmaqla yanaşı, həm də türk dünyasının yeni ümidi olan Türk Dövlətlər Təşkilatının geopolitik və geostrateji baxımından önəmli bağıdır!

Bu vəsilə ilə Güney Azərbaycan Siyasi təşkilatları olaraq Azərbaycanın həmrəylik və birlik bayramını Dünya Azərbaycanlılarına təbrik edirik!

Bayramımız qutlu olsun!"

Bəyanatı

Güney Azərbaycan Təşkilatlar İş Birliyi, Güney Azərbaycan Milli Azadlıq Cəbhəsi (GAMAC), Azərbaycan Mərkəz Partiyası (AMP), Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş), Azərbaycan Öyrənci Hərəkatı (AZOH), Güney Azərbaycan Demokrat Partiyası (GADP), Güney Azərbaycan İstiqlal Partiyası (GAİP), Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP), Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) və Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) imzalayıb.

Geri dön