Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 413 yoluxma faktı qeydə alınıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 413 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 413 yoluxma faktı qeydə alınıb


Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına son sutkada 413 yoluxma faktı qeydə alınıb, 674 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 618 min 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 602 min 319 nəfər müalicə olunaraq sağalıb, 8 min 398 nəfər vəfat edib. Aktiv xəstə sayı 7 min 648 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 min 555, bu günə qədər isə ümumilikdə 5 milyon 889 min 656 test icra olunub.

Geri dön