Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Gürcüstan koronavirusun 6-cı dalğası ilə üz-üzədir
Gürcüstan koronavirusun 6-cı dalğası ilə üz-üzədir |
Gürcüstanda koronavirusun “omikron” ştamına yoluxanların sayı yanvarın 6-da gün ərzində daha 82 fakt artıb.
Bu barədə Gürcüstan Xəstəliklərə Nəzarət Milli Mərkəzi məlumat yayıb. Bildirilir ki, yanvarın 6-da günorta saatlarına qədər ölkədə “omikron” ştamına yoluxma sayı 253-ə çatıb. Aparılan laborator müayinələr zamanı daha 82 nəfərin “omikron” ştamına yoluxduğu təsdiq olunub. Bununla da, ölkədə “omikron” ştamına yoluxanların ümumi sayı 335-ə çatıb. Mərkəzin rəhbəri Amiran Qamkrelidze deyib ki, bu yalnız laboratoriyada təsdiqini tapmış saydır. Əslində isə “omikron” ştamına yoluxanların sayı qeydə alınandan 3-4 dəfə çoxdur. Onun sözlərinə görə, “omikron” ştamı ildırım sürəti ilə yayılır. Gürcüstan koronavirusun 6-cı dalğası ilə qarşı-qarşıyadır. Tanınmış allerqoloq-immunoloq Bidzina Kulumbeqov isə bildirib ki, yanvarın ikinci yarısından etibarən “omikron” ştamı Gürcüstanda dominant olacaq. Hazırda Gürcüstanın koronavirusun 6-cı dalğasının başlanğıcı ilə üz-üzədir. Çox güman ki, bu gün yoluxma hallarının 30 faizi və ya daha çoxu “omikron”dan qaynaqlanır. Geri dön |