Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Fərəc Quliyev: “Qazaxıstan qurmaq istədiyimiz Turanın bel sütunudur”
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev: “Qazaxıstan qurmaq istədiyimiz Turanın bel sütunudur”

Fərəc Quliyev: “Qazaxıstan qurmaq istədiyimiz Turanın bel sütunudur”


Qazaxıstandakı daxili iğtişaşlar səngimək bilmir. Bu ölkədə gedən proseslər durmadan gərginləşir. Qazaxıstanın üzv olduğu KTMT (“Rus NATO-su”) qüvvələrinin oraya daxil olması və etirazçılara qarşı silah işlətməsi bu ölkəni vətəndaş müharibəsinə sürükləyir.

Gedən proseslərdə Türkiyə başda olmaqla, türk dövlətlərinin susqunluq nümayiş etdirmələri geniş müzakirələrə səbəb olmaqla yanaşı, çoxlu sayda suallar doğurub. Türk dövlətləri Türkiyə başda olmaqla, Qazaxıstana necə yardım edə bilər? Oradakı proseslərə hansı formada müdaxilə imkanları var? Azərbaycanın mövqeyi necədir, necə olmalıdır? Bu proseslər digər Orta Asiya respublikalarına da sıçraya bilərmi?

Qeyd edək ki, 2005-ci ildə Özbəkistanın Əndican vilayətində də oxşar proseslər başlamışdı. İslam Kərimov bu etirazları qanda boğmuşdu. Bəs bu dəfə Qazaxıstanda da eyni ssenari mümkün ola bilərmi?

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev belə bir dəstəyin Qazaxıstana verilməsinin vacibliyindən söz açdı:

“Qazaxıstanda baş verənlər daxili məsələ deyil. Orada dövlət kifayət qədər güzəştlərə getdi, qiymətlər endirildi. Hətta müəyyən sosial-iqtisadi məsələlərlə bağlı komissiya yarandı. Amma buna baxmayaraq, etirazlar davam etdi. Ardınca hakimiyyət buraxıldı. Məsələ bununla da siyasiləşdi və bu da onu göstərdi ki, bu bir ssenaridir. Söhbət Qazaxıstanı bölüşdürməkdən gedirdi. Hesab edirəm ki, bu məsələnin arxasında Rusiya dayanır. Kreml tərəfindən postsovet məkanı ölkələrinin hər birinə müxtəlif cür ”minalar basdırılıb". Onu da qeyd edim ki, bu baş verənlər Türk Dövlətləri Təşkilatının yaranmasından doğan bir qıcıqdır. Valdayda çıxış edəndən sonra Tokayev dedi ki, biz nüvə ölkəsi deyilik, amma nümunə götürüləcək ölkəyə çevrilmişik, başqaları bizdən nümunə götürsün. Onda Putin atmaca atmışdı ki, Səddam Hüseyn də belə danışırdı. Yaxud rus dilinin dövlət dili olmasına qarşı bir qərar olandan sonra Lavrov ciddi şəkildə etiraz bildirmişdi. Bu siyahını kifayət qədər uzatmaq mümkündür. Əslində orada baş verənlər bütün türk dünyasına qarşı olan bir prosesdir. Həmişə deyirdim ki, iqtisadi, mədəni zəmində türk dövlətləri bir araya gələndə məsələlər siyasi, hərbi müstəviyə də keçirilsin. Belə olsaydı, indi bir-birinin yanında dayana bilərdilər. İndinin özündə bu barədə mütləq düşünmək lazımdır. Hesab edirəm ki, KTMT deyil, Türk Dövlətləri Təşkilatının qüvvələri Qazaxıstana dəvət oluna bilərdi. Bu qüvvə isə barışdırıcı qüvvə olmalı idi. Yoxsa rus qüvvələri düşən kimi millətə atəş açmağa başladılar. Xeyli itkilərimiz var. KTMT ölkələri yalnız xarici müdaxilə olarsa bir-birinə kömək edə bilər. İndi dərhal iclas keçirilməli və bu məsələlər müzakirəyə çıxarılmalıdır. Türkiyənin burada əsas aparıcı rolunda görünməsi çox vacibdir. Müəyyən riçaqlardan burada istifadə etmək mümkündür ki, bunlar mütləq edilməlidir. Nazarbayev qanunsuz şəkildə devrildi və onun geri qaytarılmasının yolları axtarılmalıdır. Türk Dövlətləri Təşkilatında o bir ağsaqqaldır. Burada əsas məqsəd Rusiyanın dominatlığını təmin etməkdən gedir. Qazaxıstan qurmaq istədiyimiz Turanın bel sütunudur. Onu sarsıtmağa izin verməməliyik, çünki hər birimizə təsir edəcək".

Cavanşir ABBASLI/“Yeni Müsavat”


Geri dön