Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Siyasi məhbus Abbas Lisaninin işi Tehrana göndərildi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Siyasi məhbus Abbas Lisaninin işi Tehrana göndərildi

Siyasi məhbus Abbas Lisaninin işi Tehrana göndərildi


“Abbas Lisaninin yaxınları onun Ədliyyə tibbi ekspertizasına göndərilməsi və həkim müayinəsindən keçməsi ilə bağlı Ərdəbil həbsxanasının rəhbərliyinə müraciət ediblər.

Onlara bildirilib ki, məhkəmə sistemi məsullarının istəyi və 3 hakimin rəyi əsasında Abbas Lisaninin işi daha artıq incələnməsi üçün Tehran Apelyasiya Məhkəməsinə göndərilib”-məlumatda belə deyilir.

Bundan əvvəl Abbas Lisaninin vəkili Seyid Məhəmmədrza Fəqihi məhkəmə başçısına məktub yazaraq müvəkkilinin işindəki əsas qüsurları izah edib.

Vəkilin müraciətindən sonra məhkəmə başçısının katibliyinin göstərişi ilə cinayət işi Ərdəbil əyalətinin Apelyasiya Məhkəməsinin üç hakimi tərəfindən yenidən araşdırılımış və işin tamamı hüquqi iradları yoxlamaq üçün 2021-ci ilin dekabr ayının əvvəllərində Tehrana göndərilib.

2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi tərəfindən Lisani 8 il həbs və 2 il sürgün cəzasına məhkum edilib.
Daha sonra bu hökm Ərdəbil Apellyasiya Məhkəməsi tərəfindən 2 il sürgün və 15 il həbs cəzasına yüksəldilib.

Ali Məhkəmə isə milli fəalın şikayətini təmin etmədiyindən dolayı bu hökmün tətbiqi qətiləşib.

Ərdəbil Məhkəməsi Abbas Lisaninin İranın İslami Cəza Qanununda nəzərdə tutulan həbs cəzalarını azaldılması ilə iddiasını rədd edib.

Beynəlxalq insan haqları təşkilatı Amnesty İnternational Abbas Lisani ilə bağlı “təcili hərəkət” kampaniyası başladıb, siyasi məhbusun dərhal qeyd-şərtsiz azad buraxılmasını tələb edib.

Geri dön