Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > ÜST: Yaxın həftələrdə Avropa əhalisinin yarısı “omikron” ştamına yoluxacaq
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > ÜST: Yaxın həftələrdə Avropa əhalisinin yarısı “omikron” ştamına yoluxacaq

ÜST: Yaxın həftələrdə Avropa əhalisinin yarısı “omikron” ştamına yoluxacaq


Yaxın 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi koronavirusun “omikron” ştamına yoluxacaq.

Bunu Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa regional bürosunun rəhbəri Hans Klüge deyib.

Bildirib ki, regionun 53 ölkəsindən 50-də "omikron" ştamı qeydə alınıb: “Bu ilin birinci həftəsində regionda 7 milyon yeni yoluxma qeydə alınıb. Bu, əvvəlki həftə ilə müqayisədə iki dəfə çoxdur. Qərbi Avropada və Balkanlarda bu ştam dominant olmağa başlayıb. Bu tempdə davam edəcəyi təqdirdə 6-8 həftə ərzində Avropa əhalisinin 50 faizi “omikron” ştamına yoluxacaq”.

Geri dön