Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İsveçrədə “omikron“ ştamı sürətlə yayılmaqdadır
İsveçrədə “omikron“ ştamı sürətlə yayılmaqdadır |
Koronavirusun “omikron“ ştamı əksər Avropa ölkələrində olduğu kimi, İsveçrə də sürətlə yayılmaqdadır.
Yanvarın 11-də gündəlik yoluxma sayı 24 mindən yuxarı olub və ekspertlər yanvar ayı ərzində pik səviyyənin hələ qarşıda olacağı qənaətindədirlər. Bildirilir ki, qarşıdakı bir həftə ərzində ölkə əhalisinin 10-30 faizi “omikron“ ştamına yoluxa bilər. Hazırkı dalğa başa çatdıqda əhalinin 65-85 faizi ya yoluxma nəticəsində immunitet əldə etmiş olacaq, ya da üçüncü doza peyvənd sayəsində yoluxmadan qorunacaq. İsveçrədə səhiyyə, iqtisadiyyat və inzibati idarəçilikdə müəssisə və təşkilatların xidmət imkanlarını təmin etmək üçün koronavirusa yoluxmuş insanlarla təmasda olan və ev şəraitində karantində qalanlar üçün karantin müddətinin on gündən beş günə azaldılması təklif olunur. Bu yolla da xidmət sektorunda işçi çatışmazlığının qarşısı alına bilər. Hazırda ekspertlər və hökuməti narahat edən əsas sual isə yaxın iki həftədə gözlənilən kütləvi yoluxma dalğasına qarşı səhiyyə sisteminin necə tab gətirəcəyidir. İndiyə kimi “omikron“ ştamına yoluxmalarda xəstəliyin ağır gedişatı digər variantlardan aşağı olsa da, kütləvi yoluxma zamanı xəstəxanaların reanimasiya şöbələrindəki xəstələrin sayı hazırkı 280 nəfərdən 600-ə çata bilər. Pandemiya başlayandan İsveçrədə bu göstərici hələ qeydə alınmayıb və acınacaqlı proqnozun reallaşmayacağına böyük ümidlər bəslənir. Qeyd edək ki, indiyədək İsveçrə əhalisinin 1,5 milyon nəfəri koronavirusa yoluxub, 12047 nəfər virusla əlaqədar həyatını itirib. Geri dön |