Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Avropa İttifaqı: Qərbi Balkan ölkələrinə ayrılan 700 milyon avro nəticə verməyib
Avropa İttifaqı: Qərbi Balkan ölkələrinə ayrılan 700 milyon avro nəticə verməyib |
Avropa İttifaqının (Aİ) auditorlarının fikrincə, Aİ-nin 6 Qərbi Balkan ölkəsində qanunun aliliyini təkmilləşdirmək üçün ayırdığı yüz milyonlarla avro vəsait nəticə verməyib.
Avropa Auditorlar Məhkəməsinin (ECA) dərc etdiyi hesabatda Qərbi Balkan ölkələrinin korrupsiyadan tutmuş məhkəmə müdaxiləsinə qədər bir çox problemlə məşğul olmaq əzmində olmadığı bildirilib. Hesabatda son vaxtlar, xüsusən Albaniya və Şimali Makedoniyadakı bəzi müsbət irəliləyişlərə istinad edilsə də, kifayət qədər siyasi iradə olmadığı üçün Aİ-nin dəstəyinin hüquqi islahatların fundamental rolunun yaxşılaşdırılmasına məhdud təsir göstərdiyi qeyd olunub. Hesabatda Aİ-yə üzvlüyə namizəd 4 ölkə (Monteneqro, Albaniya, Şimali Makedoniya və Serbiya) və iki potensial namizəd ölkə (Bosniya və Herseqovina və Kosovo) ilə bağlı məlumatlar təhlil edilib. Qeyd edək ki, Aİ 2014-2020-ci illəri əhatə edən dövrdə Qərbi Balkan ölkələrinə qanunun aliliyi və fundamental hüquqların təşviqi üçün təxminən 700 milyon avro ayırıb. Avropa İttifaqının üzvü olan 27 ölkə Monteneqro, Albaniya, Şimali Makedoniya, Kosovo, Serbiya, Bosniya və Herseqovinanın Aİ-yə üzvlüyünü gecikdirir. Xorvatiya və Sloveniya ittifaqa üzv qəbul edilsə də, 2013-cü ildən bəri Aİ-nin üzvlərinin sayında artım olmayıb. Geri dön |