Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Qazaxıstanda baş verənlər ölkənin daxili məsələsi deyil
Fərəc Quliyev:Qazaxıstanda baş verənlər ölkənin daxili məsələsi deyil |
Qazaxıstandakı gərginlik davam edir.
Ölkədəki iğtişaşlar zamanı 3 mindən çox insan saxlanılıb, 26 silahlı cinayətkar öldürülüb, daha 18 nəfər yaralanıb. Hətta Qazaxıstan Daxili İşlər Nazirliyi əvvəllər xəbərdarlıq edib ki, silahı yerə qoymaq tələblərinə müqavimət göstərən iğtişaşçılar öldürüləcək. Ölkənin paytaxtının meriyası, inzibati binalar və polis idarələrinin bütün binaları nəzarət altındadır. Qeyd edək ki, Qazaxıstanda qarışıqlıqlara avtomobillər üçün yanacaq kimi istifadə edilən maye qazın qiymətinin iki dəfə artırılması ilə başlayan etirazlar səbəb olub. Baş verən etiraz aksiyalarından sonra KTMT-nin sülhməramlıları Qazaxıstana yeridilib. Maraqlıdır, Azərbaycandakı partiya sədrləri Qazaxıstanda baş verən hadisələri necə dəyərləndirirlər? Milli Dirçəliş Hərəkatı Partiyasının (MDHP) sədri Fərəc Quliyev Cebhe.info-ya açıqlamasında bildirib ki, Qazaxıstanda baş verənlər ölkənin daxili məsələsi deyil: “Bütün bunlar xaricdən qurulmuş bir ssenaridir. Təəssüflər olsun ki, qazax xalqını bu məsələlərə cəlb etdilər və orada qan töküldü. Məsələ ondan ibarətdir ki, Qazaxıstanın son addımları Rusiyanın xoşuna gəlmədi. Qazaxıstanda rus dilinin ikinci dövlət dili statusundan çıxarılmasına Rusiyanın xarici işlər naziri Sergey Lavrov sərt reaksiya vermişdi. Orada proseslər başladıqdan sonra Rusiya Dövlət Dumasının üzvləri Qazaxıstanı Rusiyanın tərkib hissəsi kimi adlandırmağa başladılar. Bu da təsadüfi deyil. Çünki bir müddət əvvəl Rusiya Prezidenti Vladimi Putin də Qazaxıstanın dövlətçiliyin qarşısına sual işarəsi qoymuşdu və Nursultan Nazarbayevdən də cavab almışdı. Nəzərə almaq lazımdır ki, son zamalarda Özbəkistan Qazaxıstandan Xəzər dənizi limanları ilə bağlayan kanal tikintisinə hazırlaşırdı. Beləliklə, türk dünyasının logistik imkanları artacaqdı. Türkmənistanın da Türk Dövlətləri Təşkilatına müşahidəçi kimi qoşulması Nazarbayevin xidmətləri idi. Bütün bunlar Kremlin xoşuna gəlmirdi. Hesab edirəm ki, Rusiya sadəcə olaraq, bir həmlə etdi. Bununla da, Qazaxıstanın, Mərkəzi Asiya və türk cümhuriyyətlərinin neft zonasını vurmaq istədi. Onların digər strateji məqsədi isə Qazaxıstanı ələ keçirməklə digər türk dövlətləri ilə quru yolunu qoruyub saxlamaqdır”. Partiya sədri qeyd edib ki, qazı bəhanə edərək başladılan iğtişaşlar KTMT-nin Qazaxıstana daxil olması ilə nəticələndi: “Rəsmi Moskvanın əsas məqsədi Türk Dövlətləri Təşkilatını zəiflətmək və bölgədə Rusiyanın nüfuzunu qorumaq cəhdidir. Çünki KTMT-nin ora daxil olmağa ixtiyarı yox idi. Bu təşkilata üzv olan dövlətlər xaricdən hücum olarasa, KTMT ordusunu dəvət edə bilərlər. Bu isə daxili bir proses idi. Baş verənləri Rusiyanın türk dünyasına qarşı bir əməliyyatı kimi qiymətləndirmək lazımdır”. Elmir/Cebhe.info Geri dön |