Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Türkiyədə COVID-19-un “omikron” ştamı öz təsirini artırmağa davam edir
Türkiyədə COVID-19-un “omikron” ştamı öz təsirini artırmağa davam edir |
Türkiyədə COVID-19-un “omikron” ştamı öz təsirini artırmağa davam edir. İstanbulda reanimasiya şöbələrində ciddi doluluq yaşanmasa da, xəstəxanalara müraciət edənlər arasında ambulator xəstələrin sayı son bir neçə gün ərzində üç dəfə artırıb
Qardaş ölkədə mütəxəssislər COVID-19-a qarşı peyvəndin xatırlatma dozasının vacibliyi ilə bağlı xəbərdarlıq edirlər. Elm adamlarının fikrincə tam doza peyvənd edilmiş şəxslər xəstəliyi digərlərinə nisbətən daha yüngül keçirirlər. Türkiyənin səhiyyə naziri Fahrettin Koca verdiyi son açıqlmasında ölkədə koronavirusun “omikron” ştamı ilə bağlı yaranan narahatlığın tam doza vaksin, sosial məsafə və maska taxmaq kimi qaydalarla aşıla bilinəcəyini deyib. Xəstəlik meydana çıxdıqdan bugünədək dünya COVID-19-a yoluxanların sayı 314 milyonu, xəstəlikdən ölənlərin sayı isə beş milyonu keçib. Türkiyədə isə yanvarın 12-də 77 min 722 yoluxma halı aşkarlanıb ki, bu da ölkədə xəstəlik qeydə alındıqdan indiyədək ən yüksək göstəricidir. Türkiyədə əhali arasında yaşı 18 və yuxarı olanların 83,80 faizinə ikinci, 92,12 faizinə isə birinci doza COVID 19-a qarşı peyvənd vurulub. Ölkədə bu günə qədər ümumilikdə 137 milyon 891 min 835 doza peyvənd tətbiq edilib. Geri dön |