Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Avstriyada ilk flurona halı təsdiqlənib
Avstriyada ilk flurona halı təsdiqlənib |
Avstriyada ilk dəfə fluronaya yoluxma halı təsdiqlənib.
Ənənəvi qrip virusu (influensa A və ya H3N2) ilə koronavirus bir pasiyentdə eyni zamanda aşkarlanıb. Vyana Tibb Universitetinin mütəxəssisləri hesab edirlər ki, koronavirusun “omikron” ştamına kütləvi yoluxmalar fonunda ənənəvi qriplə koronavirusa birgə rast gəlinən ikiqat infeksiyaların sayı artacaq. Buna mövsümi qripin ən çox baş verdiyi qış ayları da öz təsirini göstərəcək. İlk halın aşkarlandığı gənc pasiyent koronavirus əleyhinə ikiqat peyvənd edildiyinə görə, xəstəliyin gedişatı yüngül keçib, lakin bu, digər ikiqat yoluxma halları üçün standart mənzərə kimi dəyərləndirilə bilməz. Hesab edilir ki, yaxın vaxtlarda ölkədə flurona dalğası baş verə bilər. Alimlə iki infeksiyaya eyni vaxtda yoluxmaya “tvindemiya“ (ingiliscə əkiz sözündən) adını veriblər. Geri dön |