Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Çin iqtisadiyyatı ötən il 8,1 faiz artıb
Çin iqtisadiyyatı ötən il 8,1 faiz artıb |
Çində ümumi daxili məhsul (ÜDM) ötən il 8,1 faiz artaraq, 110 trilyon yuanı (təxminən 17,3 trilyon ABŞ dolları) ötüb.
Bu barədə Çin Milli Statistika Bürosu məlumat yayıb. Ötənilki 8,1 faizlik çoxalma 2011-ci ildən bəri ən yüksək illik ÜDM artımıdır. Bu, həm də Dünya Bankının və Beynəlxalq Valyuta Fondunun proqnozundan (8 faiz) da azca yüksək rəqəmdir. Qeyd edək ki, dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində ÜDM-in artım tempində son illər azalma müşahidə edilirdi. Belə ki, 2010-cu ildə bu rəqəm 10,6 faiz idisə, 2018-ci ildə isə 6,6 faiz səviyyəsinə düşmüşdü. 2019-cu ildə qeydə alınmış 6,1 faizlik artım isə 1990-cı ildən bəri ən aşağı göstərici olub. Mütəxəssislər COVID-19 pandemiyasının iqtisadi fəaliyyətlərə təsiri fonunda 2020-ci ildə ÜDM artımının cəmi 2,3 faiz təşkil etməsinə baxmayaraq, iri iqtisadiyyatlar arasında yalnız Çində iqtisadiyyatın böyüməsini Çinin uğuru kimi qiymətləndirirdilər. Geri dön |