Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qazaxıstanda son bir ayda koronavirusa yoluxma halları 20 dəfə artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Qazaxıstanda son bir ayda koronavirusa yoluxma halları 20 dəfə artıb

Qazaxıstanda son bir ayda koronavirusa yoluxma halları 20 dəfə artıb


Qazaxıstanda koronavirusun “omikron” ştamı olan 70 min xəstə ambulator müalicə alır.

Bu barədə Qazaxıstanın səhiyyə naziri Ajar Giniyat bildirib.

Səhiyyə naziri COVID-19 ilə bağlı vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkədə yeni karantin rejiminin tətbiqi ehtimalını şərh edərək bildirib ki, karantin tədbirləri hər bölgədə epidemioloji vəziyyətə uyğun olaraq fərqli şəkildə tətbiq olunacaq.

Son sutka ərzində ölkədə 9,7 min nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb. Son bir ayda COVID-19-a yoluxma halları 20 dəfə artıb.

Qeyd edək ki, ölkədə son günlər COVID-19-a yoluxma hallarında artım müşahidə olunur. Qazaxıstan regionlarında epidemioloji vəziyyətin qiymətləndirilmə cədvəlinə əsasən, “sarı” zonada yalnız Türküstan bölgəsi qalır, bütün digər bölgələri "qırmızı" zonadadır.

Geri dön