Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > Azərbaycan ilə Gürcüstan arasında maliyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycan ilə Gürcüstan arasında maliyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub |
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev bu ölkənin maliyyə naziri Laşa Xutsişvili ilə görüşüb.
Görüşdə iki ölkə arasında maliyyə, vergi və gömrük orqanları arasında sıx əməkdaşlıq məsələləri diqqət mərkəzində olub. Səfir Faiq Quliyev ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini və Azərbaycanın Gürcüstan ilə münasibətlərə xüsusi önəm verdiyini bildirib. Söhbət zamanı Azərbaycanla Gürcüstan arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi və yeni layihələrin həyata keçirilməsinin təşviq olunması baxımından qarşılıqlı səfərlərin təşkilinin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Tarixən mehriban qonşu və yaxın dostluq şəraitində yaşamış Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi qeyd edilib, bu il ölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin tamam olduğu vurğulanıb. Tərəflər iqtisadi, tranzit və nəqliyyat sahələrində tərəfdaşlığın vacibliyini qeyd ediblər, İqtisadi Əməkdaşlıq sahəsində Birgə Hökumətlərarası Komissiyanın keçən il sentyabrın 29-da Bakıda keçirilmiş 8-ci iclası çərçivəsində “Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Azərbaycan Respublikası və Gürcüstan arasında dövlət sərhəd buraxılış məntəqələri haqqında” imzalanmış Sazişin əhəmiyyətini vurğulayıblar. Görüşdə 8-ci iclasın protokolunda əks olunmuş gömrük sahəsində əməkdaşlıqla bağlı müddəaların həyata keçirilməsi, o cümlədən iki ölkə arasında yeni inteqrə edilmiş gömrük məntəqəsinin inşası ilə əlaqədar məsələlər müzakirə edilib. Bu layihə sayəsində sərhəd keçid prosedurlarının əhəmiyyətli dərəcədə sürətləndiriləcəyi və sadələşdiriləcəyi, iki ölkə arasında nəqliyyat və ticarət əlaqələrin genişləndiriləcəyi bildirilib. Eyni zamanda, tərəflər 2021-ci il oktyabrın 8-də İzmir şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti, Gürcüstan Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında Gömrük Məsələləri üzrə Üçtərəfli Komitənin yaradılması haqqında Protokol”un əhəmiyyətini vurğulayıblar, iki tərəfdaş ölkənin müvafiq dövlət qurumları arasında məlumat mübadiləsinin daha da genişləndirilməsi, gömrük prosedurlarının səmərəliliyinin artırılması üçün geniş imkanların olduğunu qeyd ediblər. İkitərəfli formatla yanaşı, Azərbaycan və Gürcüstanın beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq etdiyi bildirilib, pandemiya şəraitində iki ölkə və bütövlükdə regionda ticarət və tranzit sahəsində gömrük orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məsələsi ətrafında fikir mübadiləsi aparılıb. Görüş zamanı Azərbaycanın Gürcüstandakı səfirliyinin nəzdində Dövlət Gömrük Komitəsinin yeni nümayəndəsi gömrük xidməti polkovniki Fuad Qasımov Gürcüstanın Maliyyə Nazirliyinin rəhbərliyinə təqdim olunub. Geri dön |