Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Xamneyinin nümayəndəsindən Azərbaycana və Türkiyəyə qarşı əcaib ittiham
Xamneyinin nümayəndəsindən Azərbaycana və Türkiyəyə qarşı əcaib ittiham |
Amili "İranın tarixi və ədəbi şəxsiyyətlərinin başqa ölkələrin adına qeydiyyata düşdüyünü” iddia edib və bunun yolverilməz olduğunu deyib.
“Bu ölkənin sənət əsərlərinin başqalarının adına rəsmiləşdirilməsinə imkan verməməliyik. Hökumətdən incəsənət və ədəbiyyat nümunələrinin oğurlanmasını, tanınmış simaların başqa ölkələrin adı ilə müsadirə edilməsini, ölkə irsinin bu şəkildə talan edilməsinə imkan verməməyi xahiş edirəm”-deyə, Həsən Amili bildirib. O, dahi şair Nizami Gəncəvi və Mövlana Cəlaləddin Ruminin Azərbaycan və Türkiyə tərəfindən mənimsənildiyini deyib. Türkiyəni “süls” xəttatlıq mədəni irsini öz adına qeydiyyatdan keçirməyə çalışdığına diqqət çəkən Amili buna etiraz edib. İmam cümə bu irsin İrandan başqa İraqa aid olduğunu söyləyib. Amili bu barədə Ərdəbil İncəsənət Mərkəzində İranın ilk milli xəttatlıq sənəti sərgisinin açılış mərasimində etdiyi çıxışda bildirib. O, bildirib ki, sərgi və festivalın keçirilməsində məqsəd "İranın əzəmətini və şiə kimliyini" göstərməkdir. Cümə imamı Təbriz Universitetinin təşəbbüsü ilə Nizami Gəncəvi konqresinin planlaşdırıldığını deyib. Seyid Həsən Amili bunu “İran mədəniyyətinin qorunub saxlanılması və təbliği" üçün əhəmiyyətli addım adlandırıb. Xamneyinin nümayəndəsi konqresə təqdim olunan məqalələrin dünyanın bütün aparıcı dillərinə tərcümə ediləcəyini qeyd edib. Geri dön |