Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Pekin Qış Olimpiya Oyunları ilə əlaqəli olan 72 əcnəbi koronavirusa yoluxub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sağlıq > Pekin Qış Olimpiya Oyunları ilə əlaqəli olan 72 əcnəbi koronavirusa yoluxub

Pekin Qış Olimpiya Oyunları ilə əlaqəli olan 72 əcnəbi koronavirusa yoluxub


Pekin-2022 Qış Olimpiya Oyunları ilə əlaqəli olan 72 əcnəbinin COVID-19 testinin cavabı pozitiv olub.

Qış Olimpiya Oyunlarının təşkilat komitəsinə istinadla xəbər verir ki, qeyd edilən yoluxma sayı yanvarın 4-dən 22-dək olan dövrü əhatə edir. Həmin şəxslərdən 39-nun virusa yoluxması ölkəyə girişdə, 33 nəfəri isə sonrakı günlərdə verilmiş test nəticəsində aşkarlanıb.

Komitənin açıqlamasında bildirilir ki, Pekin-2022 ilə əlaqədar yanvarın 4-dən bəri Çinə xaricdən 2586 nəfər gəlib. Onların 171-i atlet və heyət üzvü, qalanları isə Olimpiya Oyunları ilə əlaqəli digər şəxslərdir. Buna baxmayaraq, Olimpiya Oyunlarına cəlb olunmuş heyət arasında virusun yayılması halları baş verməyib.

Qeyd edək ki, təşkilat komitəsi atletlərin və heyət üzvlərinin sağlamlığının qorunması məqsədilə pandemiya əleyhinə xüsusi qaydalar tətbiq edir. Həmin qaydalara əsasən, COVID-19 virusuna qarşı peyvənd edilən əcnəbi idmançılar və heyət üzvləri, ümumilikdə Olimpiya Oyunları ilə əlaqələri olan bütün əcnəbilər 21 günlük məcburi karantindən azaddırlar. Bundan başqa, Olimpiya Oyunları üçün “qapalı sistem” tətbiq olunur. Atletlər və heyət üzvləri yarış məkanları, məşq zalları və oyunlarla bağlı digər yerlərdən kənara çıxa bilməzlər. Xaricdən gələnlər hava limanlarından başlayaraq “qapalı sitsem”ə daxil olurlar. Onlar yerli sakinlərlə ünsiyyətdə olmamaq üçün xüsusi keçidlər vasitəsilə pasport nəzarətində keçib, birbaşa mehmanxanalara yollanırlar. Test cavabı müsbət çıxan atletlərin və heyət üzvlərinin yarışlarda iştirakına icazə verilmir. Xəstəlik simptomları olanlar müalicə üçün xəstəxanalara yerləşdirilir, asimptomik pasiyentlər isə mehmanxanada müəyyən edilmiş müddətdə özünütəcrid rejimini keçdikdən sonra Olimpiya fəaliyyətinə davam edə biləcəklər. Eləcə də müalicəsi tamamlanan şəxslər Olimpiya Oyunlarına qoşula biləcəklər.

Pekin-2022 Qış Olimpiya Oyunları fevralın 4-dən 20-dək Pekində və onun ətrafındakı Canciakou şəhərində keçiriləcək.

Geri dön