Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Milli fəal Məhəmməd Eyni Rəşt şəhərinin təhlükəsizlik idarəsinə çağırılıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Milli fəal Məhəmməd Eyni Rəşt şəhərinin təhlükəsizlik idarəsinə çağırılıb

Milli fəal Məhəmməd Eyni Rəşt şəhərinin təhlükəsizlik idarəsinə çağırılıb


Məhəmməd Eyni bu barədə özünün sosial media hesabında etdiyi paylaşımda bildirib.

“Şənbə günü Rəşt şəhərinin təhlükəsizlik idarəsinin əməkdaşı telefon əlaqəsi saxlayaraq bazar günü idarəyə gəlməyimi tələb etdi.

Yazılı bildiriş göndərmədən idarəyə çağırılmağımın qanunsuz olduğuna baxmayaraq, nə üçün çağrıldığımı və barəmdə nə qərar verəcəklərini bilmək üçün bazar günü təhlükəsizlik idarəsinə gedəcəyəm”-deyə, Eyni yazıb.

Bundan öncə 2020-ci ilin oktyabr ayında Məhəmməd Eyni İbrahim Gənci və Vədud Əsədi ilə birgə Azərbaycan Ordusunun Qarabağın azadlığı uğrunda apardığı əməliyyatlara dəstək verdiklərinə görə saxlanılmışdı.

Onlar “ölkənin milli təhlükəsizliyinə qarşı fəaliyyət” və “sistemə qarşı təbliğat” ittihamı ilə mühakimə olunmuşdu.

Lakin 2021-ci ilin noyabr ayında Rəşt şəhərinin İnqilab Məhkəməsinin 12-ci bölməsi tərəfindən barələrində qaldırılan cinayət işinə son verilmişdi

Geri dön