Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Elşən Mustafaoğlu: Bəzi şəxslər diaspor arasında şəxsi mövqeyini gücləndirir
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Diaspor > Elşən Mustafaoğlu: Bəzi şəxslər diaspor arasında şəxsi mövqeyini gücləndirir

Elşən Mustafaoğlu: Bəzi şəxslər diaspor arasında şəxsi mövqeyini gücləndirir


Sinan Oğan: «Diaspora fəaliyyəti sadəcə iki sənətçini gətirib burada konsert verməkdən ibarət deyil»

Elnur Eltürk: «Hələ istədiyimiz şəkildə milli birliyi nail ola bilmirik»

Cavid

Həmrəylik terminini sözün əsl mənasında bir millətin, dövlətin gücü, bərabərliyi qısası, bir bütün olması mənasında anlamaq düzgün olardı. Bu mənada bir millətin və dövlətin uzunömürlü olması o dövlətin vətəndaşlarının həmfikir və həmrəy olmasına bağlıdır. Tarix boyu atalarımız da bu həqiqəti lazımı şəkildə anlamış və yaşamışdır ki, biz övladlarına «El gücü sel gücü», «El bir olsa, dağ oynadar yerindən» kimi hikmətli sözləri miras qoyub, bizə birlik və bərabərliyin nəyə qadir olduğunu göstərmək istəmişlər. Deməli, bərabər yaşamaq, birlikdə mücadilə etmək, birlik olmaq tarix boyu bizim milli, mənəvi və ictimai dəyərlərimizin əsasını təşkil edib.
Həmişə həmrəylik müzakirələrimizin əsas mövzusu olub: «Həmrəy olsaydıq, rayonlarımız əldən getməzdi, həmrəy olsaydıq, Qarabağ bu gün ermənilərin əlində olmazdı» və s.. Hətta toyda da tost deyəndə həmrəylikdən danışırıq. Bir sözlə, bir olmaqdan, bütöv olmaqdan çox bəhs edirik.
«Yumruq kimi birləşməliyik, bir nöqtəyə vurmalıyıq». Bu da ötən illərin sözüdür, demək olar, dilimizdən düşmürdü, elə indinin özündə də işlədirik.
Nə isə, hər bir halda birliyin, bütövlüyün kökündə həmrəylik dayanır. Bəli, əbəs yerə həmrəylikdən söhbət salmadım. Axı qarşıdan 31 dekabr — Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Həmin gün Yeni illə eyni vaxta düşür. Və ən azından ilin həmin günündə həmrəyliyimizi nümayiş etdiririk. Zənnimcə, illərdir elə həmrəyliyimizi də «yumruq kimi birləşməyimiz» kimi nümayiş etdiririk. Zəif cəhətlərimizdən, bəlkə, elə biri də budur. Ona görə düşmən ötən illər ərzində torpaqlarımızı tapdaq altında saxlamaqla bütün fitnə-fəsadları ilə dünyaya meydan oxuyur. Biz isə həmrəylik günündə belə, həmrəy ola bilmirik. Bunu da xüsusilə diasporumuzun pərakəndə şəkildə fəaliyyəti, bir-birinə alternativ qurumlar yaratması, diaspora rəhbərlərinin qarşılıqlı ittihamları və s. ilə əlaqələndirirlər. Bu haqlı iraddır. Çünki zaman-zaman diasporu quruculuğunda problemlər həll edilməmiş qalır. Hökumət bu istiqamətdə müəyyən proqram hazırlayıb həyata keçirsə də həllini tapmayan problemlər hələ də həmrəy olmağımıza bir maneə olaraq qalmaqdadır.
AMEA-nın Fəlsəfə İnstitutunun elmi işçisi, teoloq-alim Elşən Mustafaoğlunun fikrincə, diaspor fəaliyyətlərinin uğurunun açarı həmin fəaliyyətlərdə iştirak edən şəxslərin milli maraqları təmsil etməsidir. Milli maraqlar çətiri altında birləşərək uğurlu iş qurmaqla bu fəaliyyətlərin davamlılığını, effektini təmin etmək mümkündür: «Amma əfsuslar olsun ki, dizim diaspor qurumlarımızda əksər hallarda milli maraqlar deyil, şəxsi və ya qrup maraqları, bəzən hətta siyasi və ya biznes intriqaları rəhbər tutulur. Mən ABŞ və bir sıra Avropa ölkələrində şəxsən müşahidə etdiyim nümunələri nəzərdə tutub təəssüf hissilə deyə bilərəm ki, bu sahədə ciddi qüsurlarımız var. Qüsur demək bəlkə də azdır. Təsəvvür edirsizmi, əvvəllər əl-ələ verib birlikdə diaspor fəaliyyətinə başlayanlar var ki, indi bir-birinə qarşı fəaliyyət göstərir, bir-birinə az qala düşmən münasibəti bəsləyir, amma hər ikisi Azərbaycan diasporu adı ilə fəaliyyət göstərirlər. Hətta Azərbaycan KİV-lərində də bəzən bu intriqalar işıqlanır, bu onu, o bunu suçlayır və s. Axı bütün bunlar nə üçündür? Müşahidələr göstərir ki, bəzi şəxslər diaspor arasında şəxsi mövqeyini gücləndirməyə, nüfuz sahibi olmağa, lider kimi tanınmağa, yaxud, biriləri Azərbaycan dövlətinin diaspora ayırdığı maliyyə hesabına öz şəxsi maraqlarını təmin etməyə çalışırlar. Lap açıq danışsaq, pul üstə dava edənlər də olur. Burada iqtidaryönümlü güc mərkəzi kimi çıxış edib, nəinki xaricdə maliyyə əldə etmək, hətta bu yolla Azərbaycanda da öz bizneslərinə yer etmək istəyənlər də olur. Bütün bu kimi xoşagəlməz hallar diaspor fəaliyyətinin olduğunu kağız üzərində təmin edə bilir, amma gerçək həyatda elə bir fəaliyyət nəzərə çarpmır. Bayramdan-bayrama konsert keçirməklə, yaxud 31 dekabrda Həmrəylik günü tədbirləri təşkil etməklə diaspor fəaliyyəti bitmiş hesab edilə bilərmi?»
Həmsöhbətimizə görə, əfsuslar olsun ki, Vətənimizdə olduğu kimi, diaspor çərçivəsində də həmrəyliyimiz yoxdur: «Hərə bir tərəfə çəkir, görüləcək işlərsə görülməmiş qalır. Milli Mərkəzlərin yaradılması, xaricdə yaşayan ailələrin övladları üçün müntəzəm, davamlı Azərbaycan dili, tarixi, mədəniyyəti dərslərinin təşkili, hər ölkə üçün davamlı xüsusi nəşrlərin hazırlanması, yeniyetmə və gənclərin Azərbaycanla əlaqələrinin təmin edilməsi, məsələn, Vətənə yay mövsümündə səfər-treninqlərinin təşkili və s. kimi faydalı işlər görmək olar. Hanı bunlar? Təəssüflər olsun, nə diaspor qurumları bu işlərlə məşğul ola bilir, nə də bunun üçün məsuliyyət daşıyan müvafiq dövlət orqanımız. Odur ki, diaspor fəaliyyətində müəyyən işlər görülürsə də, bunları qənaətbəxş hesab etmək olmur. Bu halımızla da həmrəyliyimizin olduğunu da iddia edə bilmərik. Buna idari-protokol iş kimi yox, bir mənəvi iş kimi yanaşmayınca, Azərbaycan maraqları rəhbər tutulmayınca, diaspor qurumlarımız da yuxarıda qeyd etdiyimiz kimi şəxsi maraq güdənlərdən xilas olmayınca bu problemləri həll etmək mümkün olmayacaq».
Yeri gəlmişkən, Türkiyə parlamentində təmsil olunan millət vəkili Sinan Oğan da deyib ki, o, Türkiyə Böyük Millət Məclisinə Xocalı hadisələrinin soyqırım olmasına dair sənədi təqdim edərkən, Azərbaycan maraqlarını qoruyarkən Bakıdan bir kömək gəlmədi: «Məsələn, mənə hələ indiyə kimi Azərbaycandan hansısa dövlət qurumundan kimsə gəlib deməyib ki, nə kömək lazımdır, nə eləyə bilərik, parlament səviyyəsində nə etmək olar? Maraqlanan olsa da, olmasa da, biz Azərbaycanın xeyrinə çalışacağıq. Heç kimi incitmək istəmirəm, amma istəyirəm ki, bu məsələdə daha aktiv olaq. Türkiyədə Azərbaycan diasporasının fəaliyyətinin daha da aktiv olmasını istəyirəm. Azərbaycan diasporası Türkiyədə bərbad vəziyyətdədir. Mən keçən il Xocalı soyqırımının müzakirəsi zamanı Azərbaycan diaspora qurumlarının nümayəndələrini dəvət etdim, dedim ki, Türkiyə Böyük Millət Məclisi hər kəsə açıqdır, hər kəs gəlib burada öz sözünü deyə bilər. Heç olmasa gəlib tamaşaçı kimi iştirak eləyə bilərdilər. Türkiyədən bir nəfər də diaspora təmsilçisi gəlib parlamentdə iştirak etmədi ki, görüm bunlar nə iş görür. Yalnız Qənirə xanım gəlmişdi. Mən istəyərdim ki, Azərbaycanın Türkiyədəki bütün diaspora təmsilçiləri gəlsinlər və parlamentdəki millət vəkilləri də görsünlər ki, Türkiyədə yaşayan Azərbaycan türkləri bu məsələ maraqlıdır. Diaspora fəaliyyəti sadəcə oradan iki sənətçini gətirib burada konsert verməkdən ibarət deyil. Milli məsələlərdə lazımdır diaspora. Türkiyə mətbuatında Azərbaycanın problemləri yer ala bilirmi? Buna baxmaq lazımdır. Türkiyə kimi bir ölkənin mediasında erməni diasporasının gücü, Azərbaycan diasporasının gücündən çoxdur. Azərbaycan türkləri olaraq bizim nəyimiz əskikdir? Sayımızmı onlardan azdır? Əlbəttə yox. Amma bu məsələlərə fikir vermək lazımdır. Mən bunların açılmasını istəməzdim. Lakin qaldıqca da, bir nəticə əldə eləyə bilmirik. Mən əminəm ki, Azərbaycan prezidentinin bu işlərdən xəbəri olsa, çox ciddi ölçü götürəcək. Çünki prezidentimiz hər cür imkanı yaradır və hər cür göstərişi verir. Lazımi strukturlar bu göstərişləri yerinə yetirməlidirlər».
Ekspert Elnur Eltürk isə bildirib ki, bu gün Azərbaycanda diasporunda hələ istədiyimiz şəkildə milli birliyi nail ola bilmirik. Bunun bir sıra obyektiv və subyektiv səbəblərlə əlaqələndirmək olar. Diasporumuzun yaranma tarixi gənc olduğu üçün, buraxılan səhvlər ola bilər və bu normal qarşılanmalıdır: «Təcrübəli və peşakar insanlarla çalışmaq lazımdır. Hər yoldan keçəni gətirib təşkilat sədri qoymaq olmaz. Əgər, bu olarsa nəticədə diasporumuzda axsamalar olacaq və özü də bu davamlı olaraq gedəcək. Nəticədə bu amil diasporumuza böyük ziyan vurur. Xüsusilə, diaspor fəaliyyətində təşkilatlararası koordinasiya işləri gücləndirməlidir. Bununla yanaşı, son illər diaspor təşkilatlarında da gənclərin fəallığı artmaqdadır. Bir çox ölkələrdə fəal gənclər önə çıxırlar və Azərbaycan məsələsində həmrəylik nümayiş elətdirir. Bu çox önəmli məsələdir və daimi diqqət mərkəzində olmalıdır. Onu əlavə edim ki, gənclərin potensialından düzgün istifadə olunmasa və yönləndirilməsə nailiyyətimiz olmayacaq. Xaricdə gənclər təşkilatlarının yaradılmasını sürətləndirməliyik. Gənclər bu işdə fəal olmalıdırlar».

Geri dön