Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Bakıda Hindistanın tibbi turizminin imkanları təqdim olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Bakıda Hindistanın tibbi turizminin imkanları təqdim olunub

Bakıda Hindistanın tibbi turizminin imkanları təqdim olunub


Bakıda Hindistanın tibbi turizminin imkanları təqdim olunub. Təqdimat Hindistanın 73-cü Respublika Günü və bu ölkənin müstəqilliyinin 75 illiyi çərçivəsində Milli Turizm Gününə həsr olunmuş tədbirdə həyata keçirilib. Hibrid rejimdə keçirilən tədbirdə turizm və qonaqpərvərlik sahəsinin 60-dan çox nümayəndəsi, tibb işçiləri və media nümayəndələrinin iştirak edib.

Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna Milli Turizm Gününün əhəmiyyətindən danışıb, turizm sektorunun Hindistanın iqtisadi inkişafında mühüm rol oynadığını bildirib. O, qeyd edib ki, quru əraziləri və su hövzələrini əhatə edən turizm məkanlarının geniş müxtəlifliyi, zəngin milli irsi və tarixi, coğrafi və mədəni müxtəlifliyi Hindistanı dünyanın ən cəlbedici turizm məkanlarından birinə çevirib və bu atributlar dünyanın hər yerindən turistləri ölkəyə cəlb edir, eləcə də onlara yaddaqalan hislər yaşadır.

Tədbirdə, həmçinin Hindistan Tur Operatorları Assosiasiyasının prezidenti Raciv Mehra çıxış edib. O, Hindistanın turizm sənayesinin gücü, eləcə də ölkənin mədəniyyəti, irsi və turizm sektoru haqqında danışıb.

Kerala ştatında yerləşən “Sitaram Ayurveda” Mərkəzindən doktor Viqneş Devrac Hindistanın səhiyyə turizmi haqqında danışıb və Ayurvedanın (Hindistanın qədim təbabət sistemi) əsaslı müalicənin aparılmasında əhəmiyyətli rol oynadığını bildirib.

Çennai şəhərində yerləşən “Apollo Hospitals”ın xarici pasiyentlərə xidmət bölməsinin vitse-prezidenti Cithu Cose tibbi turizm haqqında təqdimatla çıxış edib və Hindistanın səhiyyə sektorunun güclü tərəflərini, ölkənin tibbi turizm məkanı kimi üstünlüklərini vurğulayıb.

Hindistanda hər il yanvarın 25-də Milli Turizm Günü qeyd edilir. Bu bayram Hindistan hökuməti və xalqı tərəfindən turizmi təşviq etmək və ölkənin böyüməsində turizmin vacib rolunu izah etmək məqsədilə qeyd olunur. Ümumdünya Səyahət və Turizm Şurasının (WTTC) məlumatına görə, Hindistan 2019-cu ildə səyahət və turizmin ÜDM-ə ümumi töhfəsinə görə 185 ölkə arasında 10-cu yerdə qərarlaşıb. 2019-cu ildə səyahət və turizmin ÜDM-ə töhfəsi ümumi iqtisadiyyatın 6,8 faizini təşkil edərək 194,30 milyard ABŞ dolları səviyyəsində qərarlaşıb.

Geri dön