Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDHP QAD-ın təşkil etdiyi "İRƏVANIN İŞGALININ - 185 ili" adlı tədbirin iştirakçılarının Türk Dövlətlərinə və beynalxalq təşkilatlara MÜRACİƏTİ
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Siyasi partiyalar, Qərbi Azərbaycan-İrəvan > MDHP QAD-ın təşkil etdiyi "İRƏVANIN İŞGALININ - 185 ili" adlı tədbirin iştirakçılarının Türk Dövlətlərinə və beynalxalq təşkilatlara MÜRACİƏTİ

MDHP QAD-ın təşkil etdiyi "İRƏVANIN İŞGALININ - 185 ili" adlı tədbirin iştirakçılarının Türk Dövlətlərinə və beynalxalq təşkilatlara MÜRACİƏTİ


Milli Dirçəliş Hərəkatı Partiyası Qərbi Azərbaycan Departamentinin təşkilatçılığı ilə keçirilən "İRƏVANIN İŞGALININ - 185 ili" adlı tədbirin iştirakçılarının Türk Dövlətlərinə və beynalxalq təşkilatlara

Müraciəti


Tarixi faktlarla sübut olunduğu kimi hazırda Ermənistan respublikasi adlandırılan Qərbi Azərbaycan torpaqlarının aborigen sakinlari – türklər olmuşlar. 1918-ci ilədək bu ərazidə erməni dövləti mövcud olmamışdır.
6 oktyabr 1827-ci ildə İrəvan xanlığının çar Rusiyası tərəfindən işğalından sonra işğal edilmiş İrəvan xanlığının ərazisinə yuzminlərlə erməni (hay) köçürülmüş və gəlmələrin xeyrinə demoqrafik dəyişiklik yaratmağa çalışmışlar. Çarın göstərişi ilə erməni ailələrinin muxtəlif ölkələrdən İrəvana və Azərbaycanın digər bölgələrinə köçürülməsində çar məmurları Lazarevin, Paskeviçin, Qriboyedovun və başqalarının xüsusi xidmətləri tarixi mənbələrdə inkar olunmaz faktlar kimi qalmaqdadır. Beləliklə Rusiya tərəfindən İrəvanın ilhaqından sonra yerli türklərin tarixi faciəsinin başlangıcı qoyuldu. Həmin ərazilərdə erməni dövlətinin yaradılmasını qarşılarına məqsəd kimi qoyan bədxahlar 1918-ci ilin mayında arzularına çatdılar.
Ermənistan dövlətinin yaradılması ilə Azərbaycana qarşı torpaq iddiaları dövlət səviyyəsində hayata keçirilməyə başladı. Yerli Azərbaycan türklərinə qarşı soyqırım və etnik təmizləmə siyasəti geniş vüsət aldı.Toponim adlarından bəlli olduğu kimi tarixi türk yurdları olan İrəvanda, Zəngəzurda, Göyçədə, Zəngibasarda, Vedibasarda yüzlərlə yaşayış məntəqəsi dağıdıldı əhali soyqırıma məruz qaldı. Sovet dönəmində 1947 - 48 - ci illərdə davam edən Azərbaycan türklərinin departasiyası 1988 – 89 - cu illərdə başa çatdırıldı. Hazırda Ermənistan respublikasında bir nəfər də olsun Azərbaycan türkü qalmamışdır. Bütün bunlarla yanaşı erməni təcavüzü bu günə qədər davam edir. Havadarlarına arxalanan erməni işğalçıları Dağlıq Qarabağ və ətraf rayonlar daxil olmaqla 20% Azərbaycan torpaqlarını işğal edərək həmin ərazilərdə etnik təmizləmə aparmışlar. BMT-nin işğal olunmuş Azərbaycan torpaqlarının erməni işğalından azad olunması haqda 4 qətnaməsi yerinə yetirilməmiş qalır. Dünya birliyi isə bu ədalətsizliyə göz yummaqla əslində ermənipərəst mövqe nümayiş etdirir. Biz, Qərbi Azərbaycanlılar bütün təşkilatlara - Türk dövlətlərinə, o cümlədən BMT-yə, ATƏT-ə, Avropa PA-na, AB ölkələrinə, İslam Ölkələri Konfransina müraciət edərək departasiya olunmuş Qərbi Azərbaycanlıların hüqüqlarının bərpa olunmasını, onların talan olunmuş əmlaklarının əvəzinin ödənilməsini, doğma yurdlarına qayıdışı üçün təminatın yaradılmasını tələb edirik. Bu qlobal problemlərin həllində Azərbaycan hökumətinin gördüyü işlərə dayaq olmaqla bir daha bəyan edirik ki, biz Qərbi Azərbaycanlılar itirilmiş torpaqlarımızın geri qaytarılmasında, arazi bütövlüyümüzün barpası uğrunda Azərbaycan dövlətinin və hökumətinin daim yanındayıq və vətənimizin müsəlləh əsgərləriyik.
Biz, bugünkü toplantı iştirakçıları Qərbi Azərbaycandan departasiya olunmuş əhali adından Azərbaycan hökumətinə və Azərbaycan – Ermənistan müharibəsinin beynəlxalq hüquq normalarına dayanaraq həll edilməsində və işğalçıların işğal etdikləri ərazimizdən çıxarılmasında maraqlı olan bütün beynəlxalq qurumlara müraciət edərək Dağlıq Qarabağla yanaşı İrəvan məsələsinin də danışıqlar predmeti olmasını, Qərbi Azərbaycan türklərinin mühacir hökumətinin də danışıqlara cəlb edilməsini və bizlərin hüquqlarının tanınmasını tələb edirik. Həmçinin biz Qərbi Azərbaycanlılar öz dədə-baba yurdlarımıza qayıtmaqda israrlı olduğumuzu və bu yolda qətiyyətlə mübarizə aparacağımızı bəyan edirik.

29 dekabr 2012-ci il

Geri dön