Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > “Çin və Rusiya ilə bağlanmış müqavilələrin mətnindən deputatların xəbəri yoxdur”-İran parlamentinin üzvü
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > “Çin və Rusiya ilə bağlanmış müqavilələrin mətnindən deputatların xəbəri yoxdur”-İran parlamentinin üzvü

“Çin və Rusiya ilə bağlanmış müqavilələrin mətnindən deputatların xəbəri yoxdur”-İran parlamentinin üzvü


Deputat deyib ki, onun millət vəkili olaraq, seçicilərinin hər iki ölkə ilə bağlanmış uzunmüddətli müqavilələrin mətni ilə bağlı verdiyi suallara hər hansı bir cavabı yoxdur.

“İranla Çin və Rusiya arasında uzunmüddətli müqavilələr bağlanılıb, lakin ölkə parlamentinin və deputatların bağlanmış həmin müqavilələrin mətnindən və onun detallarından hər hansı bir məlumatı yoxdur.

Halbuki ölkə konstitusiyasına əsasən, xarici ölkələrlə bağlanan hər hansı bir müqavilə deputatların nəzərindən keçməli, parlament tərəfindən qəbul edilməlidir.

Bu gün əgər bizi deputatlığa seçənlər həmin müqavilələrin təfərrüatları barədə bizə sual versələr, bizim onlara cavab verməyə sözümüz yoxdur.

Elə buna görə də bizim parlament sədrindən gözləntimiz odur ki, bu məsələyə aydınlıq gətirsin.

Çünki parlamentin Çin və Rusiya ilə bağıanmış uzunmüddətli müqavilələrin mətnindən və onun detallarından məlumatsız olması ilk növbədə cəmiyyətimizdə parlamentin imicini aşağı salacaq, xalqın bizə olan etimadına zərbə vuracaq”, -deyə İran parlamentinin Mehriz və Bafqadan seçilmiş deputatı Məhəmmədrza Səbbaqiyan bildirib.

Deputatın bu açıqlamasından sonra İran parlamentinin sədri Məhəmmədbağıq Qalibaf Çin və Rusiya ilə hər hansı bir müqavilənin bağlanmadığını iddia edib.

“Çin və Rusiya ilə hüquqi baxımdan heç bir müqavilə bağlanmayıb, bağlansaydı parlamentin ondan xəbəri olardı”, -deyə İran parlamentinin sədri Məhəmmədbağır Qalibaf iddia edib.

Qalibaf İranla Çin və Rusiya arasında uzunmüddətli müqavilələrin bağlandığını təkzib etsə də, yanvarın 14-də Pekinə səfər edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çinli həmkarı Vanq Yi ilə görüşdən sonra jurnalistlərə açıqlamasında İranla Çin arasında 25 illik strateji əməkdaşlıqla bağlı imzalanmış sənədin icraya başlanılmasından xəbər verib.

“İranla Çin arasında imzalanmış hərtərəfli əməkdaşlıq proqramının, yəni müxtəlif sahələrdə 25 illik əməkdaşlıq sənədinin bu gündən icrasına başlanılır”. -deyə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çinli jurnalistlərə açıqlamasında bildirib.

Xatırladaq ki, İranla Çin arasında 25 illik əməkdaşlıq sənədi 2021-ci ilin aprel ayında İran lideri Əli Xamneyinin tapşırığı və əmri ilə imzalanıb.

İran rejimi imzalanmış sənədin detallarını ictimaiyyətə açıqlamaqdan boyun qaçırsa da, İranın bir sıra hökumət saytları bildirilirlər ki, rəsmi Pekin Tehranla 25 illik əməkdaşlıq müqaviləsini, yalnız onun mətni və detalları İran ictimaiyyətinə açıqlanmaması şərti ilə imzalayıb.

İrandakı bir sıra siyasi mənbələrin yaydığı xəbərə görə, rəsmi Tehranın Pekinlə bağladığı 25 illik əməkdaşlıq müqaviləsinə əsasən, İranın cənubundakl bir sıra əraziləri, o cümlədən də bir neçə limanı və adası 25 il müddətinə Çinin ixtiyarına veriləcək, əvəzində isə Çİn həmin müddətdə bölgədə tədriclə 400 milyard dollar sərmayə yatıracaq.

İrandakı sosial şəbəkə istifadəçiləri isə Əli Xamneyinin birbaşa əmri və göstərişi ilə bağlanan həmin müqaviləni kəskin tənqid edərək, hakim ruhanilərin bununla da öz hakimiyyətlərini qorumaq üçün ölkəni tədricən Çinə satması kimi qiymətləndirdiklərini bildirirlər.

Geri dön