Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri, Siyasi partiyalar > MDHP Güney Azərbaycan Departamenti 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə bütün soydaşlarımızı təbrik edir
MDHP Güney Azərbaycan Departamenti 31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü münasibətilə bütün soydaşlarımızı təbrik edir |
Milli Dirçəliş Hərkatı Partiyası(MDHP) Güney Azərbaycan Departamenti (GAD) bu möhtəşəm bayram münasibəti bütün soydaşlarımızı səmim qəlbdən təbrik edir 2013-cu ildə millətimizə və dövlətimizə böyük nailiyyətlər və uğurlar diləyir.
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü - Azərbaycan Türklərinin birlik şüarının simvolik günüdür. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir. Azərbaycan Türklərinin yaşayıb, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropada bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvüləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək, baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir. 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib, Yeni il isə ikinci plana keçib. Həmrəylik gününü hətta milliyyətcə Azərbaycan Türkü olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də böyük coşğu ilə qeyd edir. Azərbaycan Türkləri minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hal-hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, Müstəqil Dövlətlər Birliyinin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada, Amerikada, Şərq ölkələrində iri Azərbaycan icmaları yaranmışdır. SSRİ-nin son günləri, Azərbaycan millətinin, Arazın hər iki sahilində sərhəd yürüyüşü, dəmir tikanlı məftilləri qırması, özünü suya vurub öz doğma qardaş bacısına qovuşmaları iki totaliter dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, Azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək amacın simvolik nişanıdır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyuldu. Güney və Quzey Azərbaycan arasındakı sərhəd dirəkləri yandırıldı və dağıdıldı. Bu vaxt İstanbulda türk dilli xalqların Konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verdi.Bu qərar Bütöv Azərbaycan mücadiləsinin unudulmaz döndərləri Əbülfəz Elçibəy və onun yaxın silahdaşı və sərhəd hərkatının aparıcı siması olan Fərəc Quliyev tərəfindən yüksək qimətləndirildi. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayram edilir. Milli Dirçəliş Hərkatı Partiyası(MDHP) Güney Azərbaycan Departamenti (GAD) bu möhtəşəm bayram münasibəti bütün soydaşlarımızı səmim qəlbdən təbrik edir 2013-cu ildə millətimizə və dövlətimizə böyük nailiyyətlər və uğurlar diləyirik. GÜCÜMÜZ BİRLİYİMİZ VƏ HƏMRƏYLİYİMZDƏDİR Hörmətlə: MDHP Güney Azərbaycan Departamentinin Rəhbəri Əlirza Amanbəyli Geri dön |