Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > “Buster” doza ilə peyvəndləmə sürətləndirilməlidir
“Buster” doza ilə peyvəndləmə sürətləndirilməlidir |
Dünyanın cənginə alan yeni növ koronavirusdan (COVID-19) xilas olmağın əsas yolu vaksinasıyadır. Ölkəmizdə ötən ilin yanvarından başlanılan peyvəndləmə prosesi həm stasionar, həm də səyyar şəkildə davam etdirilir. Yoluxanların sayında “omikron” ştamının dominantlıq etdiyini nəzərə alsaq, onda hazırkı dövrdə peyvəndləmənin, xüsusilə də “buster” dozanın sürətlənməsi labüddür.
Üçüncü doza vaksin vurduranları birinci və ikinci dozanı eyni, üçüncü dozanın fərqli vaksin vurdurmağın sağlamlıq üçün hər hansı təhlükə yaradıb-yaratmaması daha çox maraqlandırır. Bəzi mənbələrin məlumatına görə, iki doza “Sinovak”, üçüncü doza kimi digər peyvəndlərdən istifadə edənlərdə ürək infarktı riski yüksəkdir. Mütəxəssislər bildirirlər ki, həmin fikirlərin elmi əsası yoxdur. Digər tərəfdən hansı peyvəndin seçilməsi vətəndaşların öz ixtiyarındadır. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib: “Xəstəliyi müalicə etməkdənsə onun yoluxmasının qarşısını almaq tibdə hər zaman prioritet məsələ olub. Hazırda bu sahədəki narahatlıqlarla əlaqədar onu demək istəyirəm ki, infeksiyanı yüngülləşdirən, onun ağır keçməsinin qarşısını alan peyvəndin olması çox yaxşı haldır. Əslində peyvəndlərin kəşfi, onların hazırlanması, səmərəsini sübut etməsi o qədər də asan məsələ deyil. Kaş ki, bütün infeksion xəstəliklərə və viruslara qarşı peyvənd tapılmış olaydı”. Bir daha xatırlatmağa dəyər ki, ikinci doza vaksindən 6 ay keçəndən sonra COVID-19 sertifikatı əhəmiyyətini itirəcək. Ona görə də fevralın 15-dən üçüncü doza vaksin vurulması tələb kimi qoyulur. Geri dön |