Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > MDU-nun “Dayanıqlı İnkişaf” elmi jurnalının növbəti nömrəsi nəşr olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > MDU-nun “Dayanıqlı İnkişaf” elmi jurnalının növbəti nömrəsi nəşr olunub

MDU-nun “Dayanıqlı İnkişaf” elmi jurnalının növbəti nömrəsi nəşr olunub


Mingəçevir Dövlət Universitetinin (MDU) “Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalının ikinci nömrəsi işıq üzü görüb.

Universitetdən bildirilib ki, MDU-nun rektoru Şahin Bayramovun baş redaktorluğu ilə nəşr olunan jurnalın redaksiya heyətində Azərbaycan, Türkiyə, İtaliya, Almaniya, Ukrayna, Çin, Qırğız Respublikası və Litvanın tanınmış alimləri təmsil olunublar.

Jurnalın yeni buraxılışında “İctimai elmlər” bölməsində 14, “Təbiət və texnika elmləri” bölməsində 8, “Humanitar elmlər” bölməsində 7 olmaqla, ümumilikdə 29 məqalə yer alıb. MDU-da, eləcə də respublikanın bir sıra elmi-tədqiqat institutlarında və ali təhsil müəssisələrində fəaliyyət göstərən alimlər və gənc tədqiqatçılar tərəfindən təqdim edilmiş məqalələr maliyyə, iqtisadiyyat, ticarət, sosial, enerji, idarəetmə, mühəndislik və təhsil mövzularına həsr olunmaqla dayanıqlı inkişafın müxtəlif aspektlərini əhatə edib.

Jurnal elektron variantda MDU-nun rəsmi saytında yerləşdirilib.

Qeyd edək ki, MDU tarixində ilk elmi jurnal hesab edilən “Dayanıqlı inkişaf” multidissiplinar elmi jurnalı 2020-ci ilin dekabr ayında universitetin Elmi Şurasının müvafiq qərarı ilə təsis olunub. Jurnal Beynəlxalq Standart Seriya Nömrəsi (ISSN) və E-ISSN kodu alıb və “Academic Resource Index ResearchBib” beynəlxalq xülasələndirmə və indeksləşdirmə bazasına daxil edilib. Hər təqvim ilində dörd dəfə nəşr edilməsi nəzərdə tutulan jurnalın başlıca missiyası dayanıqlı inkişafın müxtəlif aspektlərini əhatə edən elmi-nəzəri və tətbiqi tədqiqatların səmərəli nəticələrini dərc etmək, müasir nəzəri yanaşmaları, yenilikləri və müsbət təcrübələri yaymaq, yerli və xarici ölkələrin tədqiqatçıları arasında elmi kommunikasiyanı inkişaf etdirməkdir.

Geri dön