Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Tarix Muzeyində Şamaxıda baş vermiş zəlzələyə aid fotoşəkillər qorunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Tarix Muzeyində Şamaxıda baş vermiş zəlzələyə aid fotoşəkillər qorunur

Tarix Muzeyində Şamaxıda baş vermiş zəlzələyə aid fotoşəkillər qorunur


AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin fondlarında Şamaxıda baş vermiş zəlzələyə aid fotoşəkillər qorunur.

Bu barədə muzeydən məlumat verilib.

Azərbaycan ərazisində 9 ballıq seysmik zonaya daxil olan Şamaxıda tarix boyu dəfələrlə güclü zəlzələlər baş verib. 1902-ci il Şamaxı zəlzələsi güclü və dəhşətli zəlzələ hesab olunur.

1902-ci il yanvarın 31-də baş vermiş zəlzələ nəticəsində şəhər tamamilə dağılıb. Zəlzələ təkcə Şamaxını yox, ətraf 125 kəndi də əhatə edirdi. Məlumatlara görə, 1902-ci ildəki zəlzələ zamanı şəhərin 2 min nəfərdən artıq sakini həlak olub, minlərlə insan yaralanıb, 20 min nəfərədək əhali evsiz-eşiksiz qalıb, 4 min yaşayış evi, 40 qədim Şərq hamamı, onlarla ticarət obyekti, bazar-dükan və s. dağılaraq yerlə yeksan olub.

Daha əvvəl - 1806, 1859 və 1872-ci illərdə də şəhər zəlzələdən dağılmış, hər dəfə yenidən tikilmişdi. 1859-cu il zəlzələsindən sonra Şamaxı quberniya paytaxtı statusunu itirmiş, paytaxtı Bakı olmaqla Bakı quberniyası yaradılmışdı.

Zəlzələdən sonra hökumət rəsmiləri əhaliyə yardım etmək üçün əraziyə gəliblər. Bütün bu faktlar ötən əsrin əvvəllərində Sankt-Peterburq şəhərində çap olunan “Niva” adlı dərginin 97-ci sayında öz təsdiqini tapıb. Hazırda həmin dərginin zəlzələ ilə bağlı səhifələri Şamaxı Diyarşünaslıq Muzeyində saxlanılır.

Geri dön