Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yaponiyada dörd metr hündürlüyündə qar yığınları əmələ gəlib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Yaponiyada dörd metr hündürlüyündə qar yığınları əmələ gəlib

Yaponiyada dörd metr hündürlüyündə qar yığınları əmələ gəlib


Son günlər Yaponiyanın Hönşü adasının şimalında yağan aramsız qar səbəbindən Aomori şəhərində hündür qar yığınları əmələ gəlib.

“Toonippo” saytına istinadla xəbər verir ki, yalnız şəhərdə yerləşən aeroport ərazisinə yanvarın 30-da 165 santimetr qalınlığında qar yağıb. Şəhər ətrafındakı dağlara isə 434 santimetr qalınlığında qar yağdığı bildirilir. Bu, həmin istiqamətdə müşahidələrin aparılmasına başlanandan bəri rekord miqdarda qar yağıntısıdır. Şəhərə orta hesabla qış fəsli boyunca 567 santimetr qarın düşdüyü qeyd edilir.

Həmçinin bildirilir ki, yanvarın 31-də və fevralın 1-də qartəmizləyən maşınların işləməsindən sonra yolların kənarında 3-4 metr qalınlığında qar yığınları əmələ gəlib.

Yerli hakimiyyət orqanları sakinləri belə “tunellər” boyunca hərəkət edərkən ehtiyatlı olmağa çağırıb.

Geri dön