Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Güclü yağışlar səbəbindən Yeni Zelandiyanın Qərb sahillərində fövqəladə vəziyyət rejimi elan olunub
Güclü yağışlar səbəbindən Yeni Zelandiyanın Qərb sahillərində fövqəladə vəziyyət rejimi elan olunub |
Fevralın 2-də güclü yağışlar nəticəsində Yeni Zelandiyanın Qərb sahillərində yerləşən Buller və Vestland rayonlarında fövqəladə vəziyyət rejimi elan edilib.
“New Zealand Herald” nəşrinə istinadla xəbər verir ki, Yeni Zelandiyanın Meteoroloji Xidməti həmin region üçün 48 saat ərzində 100 millimetrdən çox yağıntı düşəcəyini nəzərə alaraq, qırmızı xəbərdarlıq elan edib. Bildirilir ki, bununla əlaqədar geniş təxliyə tədbirlərinə başlanıb. Qərb sahilinin Fövqəladə Hallar İdarəsi Qreymut, Hokiçike və Vestportda təxliyə mərkəzləri yaradır. Bullerin meri Ceymi Kliin təbii fəlakətə səmərəli reaksiyanın verilməsi məqsədilə mülki müdafiə orqanlarını lazımi tədbirləri görməyə çağırıb. Güclü yağışlar səbəbindən regiondakı çaylarda daşqınların baş verəcəyi gözlənilir. Yerli əhaliyə təxliyə ilə bağlı müvafiq hazırlıq işlərinin görülməsi, yüksəklikdəki ərazilərə yerləşməsi tövsiyə edilir. Geri dön |