Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Əbu-Dabidəki məscidə dünyanın ən böyük əldə toxunma xalçası döşənilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > Əbu-Dabidəki məscidə dünyanın ən böyük əldə toxunma xalçası döşənilib

Əbu-Dabidəki məscidə dünyanın ən böyük əldə toxunma xalçası döşənilib


Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidəki Böyük Şeyx Zayed Məscidinə dünyanın ən böyük əldə toxunma xalçası döşənilib

Rəsmi “Emirates” agentliyinə istinadla xəbər verir ki, nəhəng xalçanın toxunması prosesində müxtəlif ölkələrdən dəvət olunmuş məşhur xalça ustaları və rəssamlar iştirak ediblər. Belə ki, 1200 xalça ustası bir il müddətində yun və pambıq iplərdən istifadə etməklə 5400 kvadratmetr ölçüsü və hər 6 santimetrində 40 ilməsi olan, ümumilikdə isə 2,5 milyon düyün vurulmuş xalçanı ərsəyə gətirib. Nəhəng ölçüsünə rəğmən vahid parça halında toxunan bu sənət əsəri “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.

Məscidin ibadət zalını bəzəyən bu unikal xalça heyrətamiz dizayna malikdir və onun toxunması prosesində canlı rənglər müxtəlif bitkilər, o cümlədən nar qabıqları, ağac yarpaqları, nadir otlardan istifadə olunub. Həmçinin onun toxunması üçün 5 min kvadratmetr sahəsi olan emalatxana ayrılıb

Geri dön