Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Azər Əliyev: İstənilən azərbaycanlı futbolçu mənim yerimə olmaq istərdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Azər Əliyev: İstənilən azərbaycanlı futbolçu mənim yerimə olmaq istərdi

Azər Əliyev: İstənilən azərbaycanlı futbolçu mənim yerimə olmaq istərdi


“Neftçi”yə keçdiyimə görə çox şadam. Böyük tarixə malik komandadır. Düşünürəm ki, istənilən azərbaycanlı futbolçu mənim yerimə olmaq istərdi. Buna görə də var gücümlə çalışacağam ki, yeni nailiyyət və titullarla “Neftçi”də tarix yazım.

Bunu "Neftçi"nin yeni transferi Azər Əliyev klubun rəsmi televiziyasına müsahibəsində deyib.

“Bir daha təkrar edirəm, “Neftçi”də böyük nailiyyətlər qazanmaq, Azərbaycan çempionu olmaq, kuboklara sahib çıxmaq, avrokuboklara vəsiqə əldə edib, orada uğurlu iştirak etmək istəyirəm. İlk növbədə “Neftçi”də çox yaxşı çıxış etmək istəyirəm. Əgər mənə milli komandada ehtiyac duyulsa, böyük məmnuniyyətlə millini təmsil edəcəyəm. Düşünürəm ki, hər hansı keçid irəli addımdır. Bu, təcrübədir, yeni sınaqdır. Buna görə də bu təklifi hörmətlə qəbul etdim. Ümid edirəm ki, bir müddət sonra bunu təbəssüm və qürur hissi ilə xatırlayacağam. Əslində, universal futbolçuyam. Həm hücumda, həm də müdafiədə oynaya bilirəm. Son zamanlar müdafiədə oynadığımı nəzərə alsaq, bu mövqedə daha yaxşıyam. Bununla belə, irəlidə də çox yaxşı çıxış edə bilirəm. Məşqçi hansı mövqedə oynayacağıma qərar versə, həmin mövqedə də çıxış edib, komandama maksimum xeyir verməyə çalışacağam. Komanda üzvlərindən yalnız Emin Mahmudovla tanışam. Onunla əlaqə saxlayırıq. Son vaxtlar çox ünsiyyətdə olmuşuq. Çox yaxşı futbolçudur, komandanın kapitanıdır. Ümid edirəm ki, birlikdə yaxşı işlər görəcək, yaxşı nəticələr göstərəcəyik. Azarkeşlərə demək istəyirəm, 100 faiz əmin olsunlar ki, əlimdən gələnin ən yaxşısını edəcəyəm. Klubun ağ-qara rənglərinə sadiq qalacağam, onları maksimum sevindirəcəyəm. Ümid edirəm ki, azarkeşlər məni isti və sevgi ilə qəbul edəcəklər”.

Geri dön