Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > Yaponiyalı alimlər “omikron” ştamına yoluxma şəraitini tam dəqiqliklə hesablayıblar
Yaponiyalı alimlər “omikron” ştamına yoluxma şəraitini tam dəqiqliklə hesablayıblar |
Yaponiya Dövlət Təbii Elmlər İnstitutunun (RIKEN) alimləri dünyanın ən sürətli “Fuqaku” superkompüteri vasitəsilə insanların koronavirusun “omikron” ştamına yoluxması üçün lazım olan şəraiti 100 faiz dəqiqliklə hesablayıblar.
Bu barədə “Yomiuri Shimbun” qəzeti məlumat yayıb. Bildirilir ki, əldə edilən nəticəyə görə ştammın daşıyıcısı olan şəxsin maska geyməməsi və sağlam insanla 50 santimetrdən yaxın məsafədə ünsiyyətdə olması “omikron”nun tam yoluxması üçün kifayətdir. Qeyd edilir ki, ştamın daşıyıcısı olan şəxs maska taxdıqda onun müsahibini yoluxdurması ehtiamlı söhbət bir saata yaxın davam etsə belə 10 faizə qədər düşür. Alimlər, həmçinin bildiriblər ki, virusa yoluxmuş şəxs maska taxmamışsa, bir metr məsafədə olsa belə 15 dəqiqədən sonra xəstəliyi həmsöhbətinə ötürmüş olur. Yox, əgər həmin şəxs maska taxmışsa, bu zaman yoluxma ehtimalı sıfıra bərabərdir. Geri dön |