Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Ötən il Oğuzda 203,4 hektarda yeni meyvə bağları salınıb
Ötən il Oğuzda 203,4 hektarda yeni meyvə bağları salınıb |
Ötən il Oğuz rayonunda meyvə və giləmeyvə bağlarından 4 min 246 ton məhsul tədarük olunub. Meyvə istehsalı əvvəlki illə müqayisədə 474,5 ton və ya 13,4 faiz artıb. Bar verən bağların hər hektarından orta hesabla 14,5 sentner, yəni əvvəlki ildəkindən 1,6 sentner çox məhsul götürülüb.
Bu barədə Oğuz Rayon Statistika İdarəsindən məlumat verilib. Bildirilib ki, hazırda Oğuz rayonunda meyvə bağlarının ümumi sahəsi 6 min 52,7 hektardır. Meyvə bağlarının 2 min 776,9 hektarı bar verən yaşdadır. 2021-ci ildə rayon ərazisində 203,4 hektar sahədə yeni meyvə bağları salınıb. Yeni bağların 21 hektarına fındıq, 81,4 hektarına qoz, 101 hektarına badam ağacları əkilib. Mövcud meyvə bağlarının 4 min 277,5 hektarı və ya 71,3 faizi fındıq bağlarından ibarətdir. Bu bağların 1869,4 hektarı bar verən yaşdadır. Ötən il fındıq bağlarından 714,5 ton məhsul tədarük olunub. Fındıq istehsalı əvvəlki illə müqayisədə 223,4 ton və ya 45,5 faiz artıb. Geri dön |