Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Aral dənizinin quruyan hissəsindən hər il ətraf ərazilərə milyonlarla ton qum sovurulur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Aral dənizinin quruyan hissəsindən hər il ətraf ərazilərə milyonlarla ton qum sovurulur

Aral dənizinin quruyan hissəsindən hər il ətraf ərazilərə milyonlarla ton qum sovurulur


Aral dənizinin quruyan hissəsindən hər il ətraf ərazilərə 15-75 milyon ton qum sovurulur.

Dünya Bankının Aral dənizi ilə bağlı yeni tədqiqatlarına istinadla xəbər verir ki, dənizin quruyan hissəsində-60 min kvadratmetr ərazidə Aralqum səhrası yaranıb. Bu səhranın təxminən yarısı Özbəkistanın Qaraqalpaq Respublikasının ərazisinə düşür. Qaraqalpaq Respublikasında isə 2 milyona yaxın əhali yaşayır.

Son 20 ildə Aral dənizinin quruyan hissəsi qum qasırğası məkanına çevrilib. Bu da hər il Qaraqalpaq Respublikasının iqtisadiyyatına 44 milyon dollar ziyan vurur, bu ərazilərdə yaşayan insanların sağlamlığına mənfi təsir göstərir. Yaxın 20 ildə dəyən zərərin həcminin 840 milyon dollar olacağı proqnozlaşdırılır. Qum qasırğası nəticəsində hər il Qaraqalpaqstanın kənd təsərrüfatına və əhalinin sağlamlığına dəyən zərər 11,6 milyon dollara bərabərdir.

Dünya Bankının məlumatında bildirilir ki, dənizin quruyan hissəsini yalnız duza davamlı yerli ağac və kolların hesabına bərpa etmək və bununla da havanın çirklənməsinin qarşısını xeyli dərəcədə almaq mümkündür.

Geri dön