Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > İranda koronavirusa yoluxma halları yenidən artıb
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > İranda koronavirusa yoluxma halları yenidən artıb

İranda koronavirusa yoluxma halları yenidən artıb


Koronavirusun “omikron” ştamına uşaqlar daha tez yoluxur. İranda 9-12 yaşlarında olan uşaqların 20 faizi virusun yeni ştamına yoluxub.

Bu sözləri İranın səhiyyə naziri Bəhrəm Enullahi Tehranda yeni xəstəxananın açılışı zamanı deyib. O bildirib ki, ölkədə 9-12 yaşında olan uşaqlara peyvəndin vurulmasına başlanılıb. Prosesi sürətləndirmək üçün bütün şərait yaradılıb və 2 həftə ərzində başa çatdırılması nəzərdə tutulub. Daha sonra yaşı 9-dan aşağı olan uşaqlara peyvəndin vurulmasına başlanılacaq.

Nazirin sözlərinə görə, ölkə əhalisinin 90 faizinə birinci, 80 faizinə isə peyvəndin hər iki dozası vurulub ki, bu da ölüm hallarının aşağı düşməsinə səbəb olub.

İranın Səhiyyə Nazirliyinin bu günə olan məlumatına əsasən son 24 saat ərzində ölkədə 35 min 429 nəfərin COVID-19-a yoluxması, 85 nəfərin isə yoluxaraq ölməsi faktı qeydə alınıb. Bununla da İranda virusa yoluxanların ümumi sayı 6 milyon 579 min 266 nəfərə, yoluxaraq ölənlərin ümumi sayı isə 132 min 830-a yüksəlib. Ölkə üzrə müxtəlif xəstəxanalarda müalicəsini davam etdirən 2 min 395 xəstənin vəziyyəti ağır olaraq qalır. Eyni zamanda 6 milyon 152 min 908 xəstə sağalaraq evə buraxılıb.

Geri dön