Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avstraliyanın Baş naziri sərhədlərin turistlər üçün yaxın vaxtlarda açılmasının mümkünlüyünü bildirib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Sosial > Avstraliyanın Baş naziri sərhədlərin turistlər üçün yaxın vaxtlarda açılmasının mümkünlüyünü bildirib

Avstraliyanın Baş naziri sərhədlərin turistlər üçün yaxın vaxtlarda açılmasının mümkünlüyünü bildirib


Avstraliya xarici turistlər üçün sərhədlərini yaxın vaxtlarda aça bilər və bu məsələ qarşıdakı həftədə parlamentin müzakirəsinə çıxarılacaq.

Bu barədə Avstraliyanın Baş naziri Skott Morrison fevralın 7-də parlamentin cari ildə ilk iclası ərəfəsində bəyan edib.

Xatırladaq ki, 2020-ci ilin martından sərhədlərini bağlayan Avstraliya son aylar vətəndaşların və bəzi əcnəbilərin ölkəyə qayıtmasına icazə verərək bu istiqamətdə yumşaltmalar aparıb. Hələ yanvarda sərhədlərin pasxa bayramınadək açılacağını bildirən S.Morrison son vaxtlar hökumətin reytinqinin düşməsini nəzərə alaraq prosesi sürətləndirməyi qərara alıb. Hökumətin koronavirusun “omikron” ştamına qarşı gördüyü tədbirlərdən narazı qalan sakinlər, mayda keçirilməsi gözlənilən seçkilər ərəfəsində narazılıqlarını gizlətmirlər.

Avstraliya KİV-in yaydığı məlumata görə, “omikron” ştamının yayılması və xəstəxanalara yerləşdirilənlərlə əlaqədar vəziyyətin sabitləşməsi şəraitində hökumət güzəştə gedə bilər.

“News Corp” qəzeti Baş nazirin sözlərini sitat gətirərək yazıb: “Biz bu barədə qərarın qəbul olunması üçün şəraitin tezliklə yaranacağını səbirsizliklə gözləyirik. Təhlükəsizlik üçün imkan yaranan kimi, biz Avstraliyaya gələnləri salamlayacağıq. Mən həqiqətən də buna inanıram”.

Avstraliyanın daxili işlər naziri Karen Endrüs isə bildirib ki, əhalinin 95 faizindən çoxunun peyvəndin hər iki dozasını aldığı Avstraliya tam peyvənd alanları qəbul edə bilər.

Geri dön