Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İdman > Qurban Qurbanov: Yaxşı komandaya qarşı oynadıq
Qurban Qurbanov: Yaxşı komandaya qarşı oynadıq |
Komandamız optimal formasından uzaq, itkilərimiz isə çox olduğundan matça tam hazırlaşa bilməmişdik.
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Neftçi"yə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XV tur oyunundan sonra mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis bildirib ki, hər futbolçusu əsas heyətdə oynamağa layiqdir: "Futbolçularımız gözəl oyun göstərdilər. Yaxşı komandaya qarşı oynadıq. Qarşıda daha yaxşı oyunlar göstərə biləcəyik. "Keşlə" ilə kubok görüşündə də komandadan razı qalmışdım. Futbolçular 3-4 matçdan sonra formalarına qayıdırlar. Toral Bayramov bir neçə dəfə səhv etdi". O, qələbə münasibətilə futbolçularını təbrik edib: "Vacib 3 xalı yaxşı oyunla qazandıq. İstəkli komandaya qarşı oynayırdıq. Bəzi epizodlarda bir az arxayınlıq oldu. Rəqib də bundan istifadə etməyi bacardı. İnanıram ki, bu matçı analiz etdikdən sonra bizə çox faydası olacaq. Bəzi məqamlarda daha dəqiq və diqqətli olmalı idik. Hər bir halda oyundan və komandamdan razı qaldım. Hər iki komandanın azarkeşləri möhtəşəm idi. Gözəl derbi oldu". Q.Qurbanov Maksim Medvedev, İbrahima Vadji və Qara Qarayevin meydana çıxmamasının səbəbini açıqlayıb: "Maksimin əzələsində mikrozədə var idi. Ciddiyə də almaq olar. İnanıram ki, qarşıdakı günlərdə əvvəlki qaydasına qayıdacaq. Vadji özünü narahat hiss etdi. Bu gün test verdi, neqativ çıxdı. Meydana buraxmağa risk etmədik. Qara Qarayevdə 3 gün qızdırma oldu. Koronavirusa yoluxmuşdu". Baş məşqçi bir çox futbolçuya müqavilə təklif etdiklərini vurğulayıb: "Mətbuatda yazılan da onlardan biridir. Adını açıqlaya bilmərəm". Mütəxəssis hər oyuna qələbə üçün çıxdıqlarını bildirib: "Həmişə öz futbolçularımızın işinə sevgi ilə yanaşmasını istəmişik. Zövq almaq üçün qalib gəlmək lazımdır. Bəzən hansısa oyundan sonra arxayınlıq ola bilər. Bunun qarşısını almağa çalışırıq. İnanmıram ki, arxayınlıq olsun. Qarşıdakı matçlarda daha yaxşı çıxış etməliyik". Geri dön |