Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Qubada XIX əsrə aid tarixi abidə təmir olunur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Qubada XIX əsrə aid tarixi abidə təmir olunur

Qubada XIX əsrə aid tarixi abidə təmir olunur


“Tağlı körpü” bərpa olunur

XIX əsrdə inşa edilən tikililərindən dövrümüzə qədər qorunub saxlanılmış abidələr içərisində tarixi-memarlıq cəhətdən mühüm əhəmiyyətinə malik olan körpüdə təmir işləri Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında aparılır. 1894-cü ildə Qudyalçay üzərində tikilmiş körpü Quba şəhərinin mərkəzi ilə Qırmızı qəsəbəni birləşdirir. O, zamanın ən dözümlü yol qovşağı olmuş körpüdən müasir dövrdə ağır tonnajlı yük maşınlarının keçməsi tarixi abidəni qəzalı vəziyyətə salmış və artıq 20 ilə yaxındır ki, buradan avtomobillərin hərəkətinə qadağa qoyulub. Yaxın vaxtlarda körpü yenidən sakinlərin ixtiyarına veriləcək. Artıq tarixi abidənin dayaqlarının bərkidilməsi işləri yekunlaşıb. Sel sularının zərər vurmaması üçün ərazidə bəndin və su tənzimləyici qurğuların inşası da nəzərdə tutulub.
Nadir memarlıq incisi sayılan və Şərq üslubunda tikilmiş “Tağlı körpü” tarixi görünüşü saxlanılmaqla bərpa ediləcək. XIX əsrdə Quba qəzasında 7 körpü olmuş, lakin onlardan yalnız “Tağlı körpü” adlanan tikili günümüzə qədər qorunub saxlanılıb.

Günel CƏLİLOVA

Geri dön