Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > COVID vaksinlərinin buster dozası “omikron”dan 68 faiz qoruyur
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sağlıq > COVID vaksinlərinin buster dozası “omikron”dan 68 faiz qoruyur

COVID vaksinlərinin buster dozası “omikron”dan 68 faiz qoruyur


Niderland Milli Səhiyyə İnstitutunun apardığı tədqiqat koronavirus əleyhinə vaksinlərin buster dozasının “omikron” ştamından 68 faiz qoruduğunu göstərib.

Niderland portallarına istinadla xəbər verir ki, tədqiqatın nəticələrinə əsasən, tam vaksinasiyadan və yoluxmadan sonra “delta” ştamına yoluxma ehtimalı müvafiq olaraq 76 və 78 faizdir. “Omikron” üçün bu göstəricilər 33 və 25 faizə bərabər olub. Buster dozasından sonra müdafiə səviyyəsi “delta” ştamında 93 faizədək, “omikron”da isə 68 faizədək yüksəlib.

Bildirilir ki, məsələ busterin müdafiə qabiliyyətinin nə qədər davam etməsidir. 2021-ci il noyabrın 22-dən 2022-ci il yanvarın 19-dək olan dövrdə “omikron” ştamının yalnız BA.1 variantı tədqiq edilib. Gözlənilir ki, daha yoluxucu olan BA.2 subvariantı Niderlandda yaxın zamanlarda dominantlıq etməyə başlayacaq.

Qeyd edək ki, Niderlandın qan banklarında donorların 97 faizində koronavirusa qarşı anticisimlər aşkarlanıb. Sanquin qan bankının məlumatına görə, bu, əsasən vaksinasiya kampaniyasının nəticəsidir.

Geri dön