Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Mədəniyyət > Özbəkistanda keçiriləcək müsabiqənin əsas nominasiyası “Şuşa ili”nə həsr olunub
Özbəkistanda keçiriləcək müsabiqənin əsas nominasiyası “Şuşa ili”nə həsr olunub |
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə 2022-ci ildə Özbəkistan-Azərbaycan mətbuatı arasında “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı”, “Türk dövlətləri arasında iqtisadi əlaqələr və tranzit imkanları”, “Ortaq dəyərlərimiz” nominasiyaları üzrə müsabiqə elan edilib.
Müsabiqəyə Azərbaycanın Mədəniyyət Nazirliyi, ölkəmizin Özbəkistandakı səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Özbəkistan Milli Mətbuat Agentliyi müvafiq dəstək göstərir. 2022-ci ilin Azərbaycanda “Şuşa İli” elan edilməsi ilə əlaqədar AMM tərəfindən Özbəkistanda silsilə tədbirlərin və layihələrin həyata keçirilməsi plandaşdırılır. Bununla əlaqədar müsabiqəyə “Şuşa – Azərbaycanın mədəniyyət paytaxtı” adlı nominasiya daxil edilib. Azərbaycanın qədim şəhəri, Qarabağın mərkəzi Şuşanın tarixi, mədəniyyəti, turizm ehtiyatları, tanınmış şuşalılar, mədəniyyət və sənət beşiyi Şuşanın azad olunması, Azərbaycan ordusunun rəşadəti, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə apardığı uğurlu siyasət, azad olunmuş ərazilərin bərpası və bu torpaqlarda yaşayan əhalinin qayıtması, milli-mədəni irsimizin dağıdılması, Şuşanın məşhur abidələri, şəhərin Azərbaycan mədəniyyətinə verdiyi töhfələr və s. barədə məqalələrə, araşdırmalara, televiziya verilişlərinə və s. materiallara müsabiqədə üstünlük veriləcək. Özbəkistanda 2022-ci ilin “İnsan maraqlarının təminatı və məhəllələrin inkişafı ili” elan olunduğundan müsabiqəyə bu mövzuda da “Özbəkistanın qabaqcıl və inkişaf edən məhəllələri” nominasiyası əlavə edilib. Qeyd edək ki, türk dövlətləri ilə əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biridir. Bu gün türk dövlətlərinin qarşılıqlı münasibətlərilə bağlı qəbul olunan çoxsaylı sənədlər siyasətdən iqtisadiyyata, mədəniyyətə, elm və təhsilə qədər bütün istiqamətlərdə əlaqələrimizin real əsasını təşkil edir. Regionda həyata keçirilən beynəlxalq və regional layihələr ölkələrimiz arasında əməkdaşlığa öz töhfəsini verir. Azərbaycanın tarixi zəfərindən sonra bölgədə yaranmış yeni reallıqlar, Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasındakı bağlılığı daha da artıraraq, regionda əməkdaşlıq və iqtisadiyyatın inkişafı yolunda yeni imkan açacaq. “Türk dövlətləri arasında iqtisadi əlaqələr və tranzit imkanları” adlı nominasiyada üzv ölkələr arasında iqtisadi nailiyyətlər, əlaqələr, nəqliyyat-tranzit layihələri, qarşılıqlı investisiyalar, yük və sərnişin daşımalarının həcminin artmasına dair materiallara daha çox üstünlük veriləcək. “Ortaq dəyərlərimiz” adlı nominasiyada xalqlarımızı birləşdirən ortaq dəyərlər, soy-kök, tarix, dil, din, mədəniyyət, adət və ənənələr, muğam-makom sənəti, aşıq-baxşı sənəti, atüstü oyunlar, süfrə mədəniyyəti, Novruz, Ramazan bayramları, 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında Azərbaycan və özbək xalqlarının rolu, “Tarixi İpək yolu” mövzusunda materiallar xüsusi mükafata layiq görüləcək. Elan olunmuş müsabiqədə Mədəniyyət Mərkəzi ənənəyə sadiq qalaraq “Azərbaycan-Özbəkistan mədəniyyəti, dostluğu, əməkdaşlığı, hər iki ölkənin əldə etdiyi nailiyyətlər” mövzusu üzrə qalibləri müəyyənləşdəcək. Qeyd olunan mövzular üzrə məqalələr, televiziya verilişləri, sənədli filmlər, tərcümə əsərləri, habelə Azərbaycan və Özbəkistan haqqında ən çox material dərc edən mətbu orqanlar (qəzet, jurnal, sayt, televiziya kanalı) fəxri diplom, pul mükafatlarına layiq görüləcək. Qeyd edək ki, müsabiqədə qalib gələn özbək jurnalistləri ənənəvi olaraq hər ilin yay aylarında Azərbaycana təşkil olunan mediaturda iştirak etmək imkanı qazanacaqlar. AMM-nin təşkilatçılığı ilə keçirilən mediatur zamanı Özbəkistanın aparıcı media nümayəndələri ölkəmizin paytaxtı Bakı və respublikamızın tarixi yerləri, işğaldan azad edilmiş bölgələrdə olacaq, mədəniyyət, turizm məkanlarını ziyarət edəcək, orada çəkilişlər aparacaq, məqalələr hazırlayacaqlar. Müsabiqəyə təqdim olunan materiallara hər iki ölkənin mədəniyyət, mətbuat sahəsində tanınmış şəxslərinin iştirak etdiyi Təşkilat Komitəsi tərəfindən baxılacaq və qiymətləndiriləcək. Geri dön |