Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, İqtisadiyyat > İtaliya saytları Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakı toplantısından yazıb
İtaliya saytları Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin Bakı toplantısından yazıb |
İtaliyanın aparıcı kütləvi informasiya vasitələri fevralın 4-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısına geniş diqqət ayırıb.
“Giornale Diplomatico”, “Aska News”, “Notizie Yahoo”, “Insideover”, “Il Corrieredi Sicilia”, “Kmetro0”, “Notiziegeo Politiche”, “L`opinione”, “MetroCT”, “Commodities Trading” saytlarında dərc edilən yazılarda 33 milyard ABŞ dolları investisiya ilə uğurla reallaşdırılan Cənub Qaz Dəhlizi və bu dəhlizin sonuncu hissəsi olan TAP layihəsi haqqında məlumat verilib. Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərinə yer verilən məqalələrdə qeyd olunub ki, Cənub Qaz Dəhlizinin tamamlanmasından sonra Azərbaycanın beynəlxalq bazarlara, o cümlədən Avropaya qaz ixracı artıb. Azərbaycan keçən il 19 milyard kubmetr təbii qaz ixrac edib. Bu həcmin 8,5 milyard kubmetri Türkiyəyə, 7 milyard kubmetri İtaliyaya, qalanı isə Gürcüstan, Yunanıstan və Bolqarıstana ixrac olunub. Həmçinin isbat edilmiş təbii qaz ehtiyatı 2,6 trilyon kubmetr olan Azərbaycanın ən böyük yatağının “Şahdəniz” olduğu, “Abşeron”, “Babək”, “Ümid” kimi yataqların da işlənmə mərhələsində olduğu bildirilib. Toplantıda çıxış edən Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simsonun isə Cənub Qaz Dəhlizinin Avropa İttifaqı və region üçün əhəmiyyətini qeyd edib, Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səyləri yüksək qiymətləndirib. O qeyd edib ki, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır, Cənub Qaz Dəhlizi isə qitənin qaz təchizatının təhlükəsizliyi baxımından çox vacib layihədir. TAP boru kəməri ilə Avropa bazarına təxminən 10 milyard kubmetr təbii qazın nəql edildiyini deyən Kadri Simson artan enerji qiymətləri və sərt qaz təchizatı fonunda Cənub Qaz Dəhlizinin rolunun Avropa İttifaqı üçün strateji əhəmiyyət kəsb etdiyini vurğulayıb. Yazılarda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Avropa İttifaqının komissarları ilə yanaşı, ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi qeyd olunub. Geri dön |