Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Yeni Zelandiyada güclü yağışlar daşqınlara səbəb olub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Hadisə > Yeni Zelandiyada güclü yağışlar daşqınlara səbəb olub

Yeni Zelandiyada güclü yağışlar daşqınlara səbəb olub


Yeni Zelandiyada güclü yağışlar Cənub adasının şimal-qərbində yerləşən Buller dairəsinin bir neçə şəhərində daşqınlara səbəb olub.

Fevralın 10-da Seddonvill, Mokihinui və Vestport şəhərlərində əhalinin təxliyəsinə başlanılıb. Həmin sakinlər bələdiyyə idarələrinin xüsusi təxliyə mərkəzlərinə yerləşdirilirlər.

Fövqəladə hallar idarəsi, həmçinin daşqınlar səbəbindən içməli suyun çirklənməsi barədə xəbərdarlıq edərək yerli əhalidən istifadədən əvvəl suyu qaynatmağı xahiş edib. Bundan əlavə, kommunikasiyalarda və elektrik enerjisinin verilişində də fasilələr yaranıb. Torpaq sürüşmələri səbəbindən doqquz avtomagistralda nəqliyyatın hərəkəti dayandırılıb.

Qeyd edək ki, fevralın 4-dən Yeni Zelandiyanın Cənub adasının şimal-qərb sahillərində güclü yağışlar müşahidə edilir. Yerli hökumət orqanları əhalini ehtiyatlı olmağa, sahillərini daşan çaylardan uzaq olmağa çağırıb.

Geri dön