Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > AMEA-da nə baş verir?
AMEA-da nə baş verir? |
Son günlər AMEA və onun prezidenti Ramiz Mehdiyev ətrafında geniş müzakirələr gedir.Münasibətinizi bilmək olarmı?
Siyasi mövqeyindən və dünyagörüşündən asılı olmayaraq bu ”savaşa” qoşulanların ən müxtəlif səbəbləri mövcuddur. Onu tənqid edənlər arasında buna haqqı çatan da,çatmayan da var. Mənim üçün məsələnin siyasi tərəfi daha düşündürücüdür. Ramiz Mehdiyevin mətbuata verdiyi bəyanatla tanış olanda onu tənqid edənlərə ayrı-ayrılıqda münasibət bildirməsinin anlayışla qarşılanmalı olduğunu düşünməyin mümkünlüyü qəbul olunsa da Vətən müharibəsi zamanı Ali Baş Komandanın ətrafında "dəmir yumruq" kimi birləşmiş müxalifətin “avtobus müxalifəti”adlandırılması gözlənilməz oldu. İctimai təşkilatların və siyasi partiyaların dövlətə və orduya verdiyi birmənalı dəstəyinin alternativi nə ola bilər ki? Ramiz Mehdiyev ölkədə kostruktiv fəaliyyət göstərən , tənqid və təklifləri ilə seçilən milli demokrat düşərgəyə mənsub müxalifət partiyalarını Vətən müharibəsi dövründə və ondan sonra ordunu , Ali Baş Komandanı heç bir qarşılıq gözləmədən milli maraqlar naminə dəstəklədiklərinə, düşmənin torpaqlarımızdan qovulması , tarxi qələbəmiz və nailiyyətlərin qorunması üçün əllərindən gələn köməyi etdiklərinə görəmi “avtobus müxalifəti”, “cib müxalifəti” adlandırdı?Anlaşılan deyil. Əslində xarici dövlətdə yaradılmış, milyarderlər ittifaqından da vəsait alaraq xarici dövlətlərin cib müxalifətinə çevrilən “ milli şura” və müttəfiqləri milli Demokratik düşərgəyə özlərinə aid adı məhz bu cür qoymağa cəhd edirdi.Bununla ictimaiyyət qarşısında milli düşərgəni iqtidarın əlavəsi olaraq təqdim edərək gözdən salmaq,çatışmazlıqlardan istifadə edərək aktiv elektoratın duyğularını istismar edərək özlərini “qurtarıcı”kimi təqdim etmək,başqa dövlətin maşası olmasını ört –basdır etmək idi.Qarışıqlıq və sonda xarici dövlətin iradəsini vətənəməzdə hakim etməksə son hədəf idi. Hər bir Dövlət adamı Moskva cərrahiyyə institutunun akt zalından gəlmə bu “lozunq”un zərərini anlamalıdır. O cümlədən Ramiz Mehdiyev. Dövlət ərkanı tələb edir ki,dövlət adamı,hansı şərtlər altında olursa olsun dövlət maraqlarını öz şəxsi ,qrup maraqları və ambisiyasına qurban verə bilməz.Ona qarşı ,hətta ,haqlı və ya haqsız münasibət olmasından asılı olmayaraq .Dövlət adamı iş başında olanda da,işdən çıxanda və ya çıxarılanda da,təqaüd və ya hətta həbsdə olanda da yalnız dövlət maraqlarını düşünməlidir. Daha geniş münasibət bildirmək də mümkündür .Amma həbsdə olan,xəstə olan,dünyasını dəyişən,işdən çıxarılan və ya səlahiyyətləri azalan,haqlı və ya haqsız olmasından asılı olmayaraq fürsətcillərin də maraqları naminə hücum obyektinə çevrilənlərə çox sərt davranmaq üslubum olmadığından zərərli mövqeyə yumşaq münasibət bildirdim. Milli Dirçəliş Hərəkatı (MDH) partiyası mətbuat xidməti. Geri dön |