Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gənclik > Gənc Təlimçinin İT-yə baxışı və yenilikləri...-Minəxanım Qədirova
Gənc Təlimçinin İT-yə baxışı və yenilikləri...-Minəxanım Qədirova |
Müsahibimiz 17 yaşlı bir xanımdir. Yaşının az olmasına baxmayaraq bir sıra uğurlar əldə edib. 15 yaşından İT (İnformasiya Texnologiyaları) ilə bağlı təlimlər deməyə başlayıb və beynəlxalq layihələrdə iştirak edib. Adı Minəxanım Qədirovadır. Minəxanım bu sahədə yenilklər etmək niyyətindədir və özəlliklədə bölgələrimizdə layihələr etməyi planlaşdırır.
Müsahibəni sizlərə təqdim edirik... -Minəxanım istərdik İT-yə gəlişinizlə bağlı bir az danışardınız... Mən bu sahəyə gələndə hardasa 15 yaşım var idi. Akademik Zərifə Əliyeva adına liseydə oxuyurdum və burda uşaqlar arasında çox maraqlı tədbirlər keçirirdilər. Belə tədbirlərdən bir də uşaqların "İT-yə baxışı" idi.Tədbirdə çox aktiv iştirak etdim və 50 iştirakı arasında birinci yerə çıxdım. Sonra beynəlxalq tədbirlər oldu və onlarda iştirak etdim . Buna görədə hədsiz marağım artdı. Həmdə uşaqlığdan sevirdim. Sonra təlimçiliyə başladım və elə ilk təlim də İrəli İctimai Birliyində oldu. -İlk təliminizlə bağlı danışaq. 15 yaşlı qızın ilk təlimi. Necə keçdi ilk təlim? İlk təlimin "İrəli" İB-də oldu. Adi bir üzv idim və sonradan təlimçiliyə başlamışdım. Açığı bir az çəkinirdim amma, uşaqların mənə necə də həvəslə baxması və dinləmələri məni daha da ruhlandırdi. Bu təlimlərdə biz sadəcə biliklər vermirdik. Həvəsləndirici müsabiqələrdə keçirirdik, gəzintilər və.s. Mən öz təlimlərimin uğurla keçdiyini deyə bilərəm, çünki təlim deyidim uşaqlar qısa müddətdə çox şey öryənirdilər. -Uğurlarını nəyə borclusan? Mənim ilk təlimə başlayanda 15 yaşım var idi və mənim təlim dediyim gənclər 23-24 hətta 25 yaşındaydılar. Əlbəttə, çox sevinirdim ki, mənim 15 yaşımda bu uğurum var. Birinci növbədə Akademik Zərifə Əliyeva adına liseyin müəllimlərinə və 175 saylı məktəbin direktoruna borcluyam bu uğurumu. Ona görə ki, direktorumuz tez-tez tədbirlər keçiridi və özü də İT-nin inkişafını istəyirdi. Çox marağı vardı. Bu məndə də əks olundu və nəticədə bu uğura gəlib çatdım. -Azərbaycanda İT-nın inkişafı necədi? Bəli, Əlbəttə. İnformaiya Texnologiyalarının inkişafı hər bir ölkə üçün lazımlıdı və vacibdi. Biz bilirik ki, artıq texnika əsrində yaşayırıq və hər bir şey proqramlaşdırılır. Azərbaycanda da inkişaf edir və etməkdə də davam edir. Gənclərimiz bu sahədə çox aktivdilər. Azərbaycanlı gənclər beynəlxalq layihələrdə iştirak edirlər və hətta birinci yeri də tuturlar... -Bəs bölgələrimizdə? Bölgə gəncləri məlumatsızdı bu sahə ilə bağlı. Yox. Mən bu cür düşünmürəm. Bir neçə il əvvəl bəli ola bilərdi. Amma, son bir neçə ildə çox dəyişikliklər olub və düşünürəm ki, bölgələrimizdə çox təlimlər keçirilməliyik ki, gənclər daha da bilikli olsunlar. Mənim bununla bağlı bir neçə laiyhəmdə var hətta. Yaxın iki ildə bu layihə çərçivəsində hər bir bölgədə hər bir uşaq İT sahəsində daha çox biliklər qazanacaq. Bölgələrimizdə də İT biliklər yüksək səviyyədə olacaq. -Bu necə olacaq bəs? Qeyd etdiyim kimi mənim bir neçə layihəm var İT-nin inkişafına dair və bunlardan da biri "Gənclərin İT-yə olan baxışını dəyişdirmək" ona görə ki, İT deyən kimi uşaqların birdən-birə yadına nə düşür?.. "Word", "Excel" və proqramlaşdırma . Amma, daha da çox faydsını bilmirlər. Bunları bilməklə beynəlxalq layihələrdə də iştirak edə bilər və uğur əldə edə bilərlər və mən buna inanıram. -2012-ci ildə Azərbaycanın İnformasiya Texnologiyaları sahəsində hansı uğurlarıoldu? , bunları necə dəyərləndirirsən? və 2013-də nələr gözlənilir? Artıq 2012 geridə qaldı və 2013- baş vurduq. 2012-ci ilə çox uğurlar əldə etdik. Bunları saymaqla bitməz. Layihələr, seminarlar, tədbirlər , konfranslar, görüşlər və.s. Qeyri-hökümət təşkilatlarının "İRƏLİ" , "MİRAS" və digər təşkilatların çox böyük xidmətləri oldu bununla bağlı . Ölkənimz digər sahələrdə olduğu kimi bu sahədə xeyli uğurlar əldə etdi. "İnternet Governance Forum" keçirildi və bu formda gənclərimiz aktiv iştirak etdi. Qonaqlarda təşkilatçılıqdan razı qaldığını və Azərbaycanın bu sahədə inkişaf etdiyini bildirdilər. Bundan başqa İnformasiya Texnologiyaları ilə bağlı sərgi də keçirildi. -İT-nin Azərbaycan həqiqətlərinin çatdırılmasında rolunu necə qiymətlədirirsən? Aha. Bu sahədə İT-nin çox böyük rolu var və elə biz də bununla bağlı bir sıra işlər görmüşük. Misal olaraq, hardasa 8-ci sinifdə oxuyurdum. Bizim məktəbdə bir layihə oldu ki, bir çox ölkələrə (burada Amerika, Canada, İspaniya, Fransa varıydı) hər bir uşağın bu problemlərə olan nəzəri nöqtələrini, fikirlərini e-mellə göndərdik və 30 ölkəyə göndərmişdik ki, onlardanda müsbət cavablar aldıq. "Microsoft" PowerPoint proqramı vasitəsi ilə Azərbaycan həqiqətləri ilə bağlı materiallar hazırlamaq olar, eyni zamnada da sosial şəbəklərdə paylaşmaq, siyasətçilərin, mühüm iş adamlarının e-meilləri nə göndərmək olar. Bununla da əsl həqiqətləri çatdırmaq olar. Gənclərizin bir çoxu məhz bu cür də edirlər. Bir şeyi də nəzərinizə çatdırım. Hardasa 2011-ci ilin dekabr ayı olardı biz "İrəli" İctimai Birliyi və bir sıra təşkilatların köməyi ilə bir yerdə "Google" axtarış saytının tərcümə bölməsində mühüm səhvlikləri düzəltdik . Belə ki, erəmi işğalı altında olan bölgələrimizin adını yazanda tərcümədə ermənilərin dəyişiklik etdiyi adda gəlirdi. Biz bunu düzəltdik və ondan sonra həmin bölmədə Xankəndi yazanda Xankəndi, Şuşa yazanda Şuşa kimi də tərcümə olunurdu. -Gələcək planlarında nələr var? Mən təhsilimi Türkiyədə İT-lə bağlı davam etdirmək istəyirəm. Yəni ki, ali təsilimi orada almaq və qazandığım bilikləri gəlib burda tətbiq etmək fikrindəyəm. Eyni zamanda İT ilə bağlı biznes şirkət də yaratmaq istəyirik bu sahədə çalışan dostlarımla. Adını da müəyyən etmişik. "IT INTENSIVE" olacaq adı. Hətta dünyanın məşhur şirkətlərindən biri olacağını iddia edə bilərik. -Son olaraq İT ilə maraqlanan gənclərə nə demək istəyirsən. İT ilə maraqlanan gənclərə onu deyə bilərəm ki, bu marağı maraq olaraq saxlamasınlar. Daha da çox şey öryənsinlər, yeni biliklər əldə etsinlər və onlar istədiklərinə nail olacaqlar. Mən belə düşünürəm. Amma, gərək çox çalışsınlar. Qoşqar Abbas Geri dön |