Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Güney Azərbaycan xəbərləri, Türk dünyası-Turan > Güney Azərbaycan məsələsi Türkiyə mətbuatına yol açır; “Today's Zaman” Güney Azərbaycandan yazdı
Güney Azərbaycan məsələsi Türkiyə mətbuatına yol açır; “Today's Zaman” Güney Azərbaycandan yazdı |
Güney Azxərbaycanda baş verən ictimai-siyasi hadisələr uzun illərdir müxtəlif səbəblərə görə Qardaş Türkiyə mediasının gündəminə düşə bilmirdi. Lakin, artıq Türkiyə mətbuatının Güney Azərbaycan məsələsinə diqqətinin artması müşahidə olunmaqdadır.
Azərbaycan Mİlli Hərəkatının əldə etdiyi uğurlar artıq regional (bölgəsəl) və qlobal (kürəsəl) güclərin diqqətini Güney Azərbaycana çevirməkdədir. Keçən günlərdə Güney Azərbaycan məsələsi Qardaş ölkənin ən ciddi Telekanallar və Xəbər Agentliklərində müzakirə olunub və Güneydə milli və insani hüquqların İran rejimi tərəfindən pozulması türk ictimaiyyətinə çatdırılıb. Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC), Güney Azərbaycanın türk dünyası üçün önəmi barəsində keçirdiyi konfrans, Türkiyə mediasında xüsusi yer tutdu və ardıcıl olaraq GünAz TV başqanı və GAMAC yönətici və qurucularından biri olan Əhməd Obalı Türkiyənin BENGÜTÜRK Telekanalının qonağı oldu. Obalı türk Telekanalında Güney Azərbaycanın milli və mədəni hüquqlarının pozulması, bölgəsəl problemlər və anti-türk prujələrdən geniş söz açdı. http://www.youtube.com/watch?feature=player_embedded&v=t-Bkw2mD4JY Məhz bu ərəfədə Türkiyənin olduqca önəmli və hökumətə öz yaxınlığı ilə tanınan “Today's Zaman” xəbər agentliyi Güney Azərbaycana diqqət ayırmağa başladı. “Today's Zaman”a Eksluziv (ixtisasi) müsahibə verən Obalı bir daha Güney Azərbaycan məsələsini türk mediası və ictimaiyyətinə çatdırmağa çalışdı. Əlbəttə keçmişdəki təcrübələrə dayanaraq İran rejiminin GünAz TV və Milli Cəbhəyə hücum edəcəyini gözləmək olar. Ən azı ona görə ki, yaxın keçmişdə Urmu Gölü ilə bağlı keçirilən kütləvi etirazlar zamanı və Qaradağ zəlzələsi baş verdiyi ərəfədə buna şahid olduq. İran rejimi hər zaman gizlətmək istədiyi məsələlərin GünAz TV və onun rəhbərliyi tərəfindən ifşa olunmasını görüncə əks hücuma əl atıbdır. “Today's Zaman”ın yazdığına görə, Əhməd Obalı verdiyi müsahibədə bir neçə məsələni xüsusi vurğulayıb və bəzi qaranlıq məqamlara aydınlıq gətirib: - 2006-cı ildə Türksatdə yayımına qadağa qoyulan GünAz TV-nin təkrar Türksata qayıtması. - Türkiyənin bir qardaş ölkə kimi Güney Azərbaycan məsələsinə xüsusi diqqət ayırması. - İranda təxminən 200 min erməninin öz dilində təhsil alması, ancaq 35 milyonluq bir türk millətinin ana dili və digər milli hüquqlardan məhrum edilməsi. - İranda müxəlif millətlərin olması və onların milli hüquqlarını tələb etməsi. Həmçinin iqtisadi problem və işsizliyin artması səbəbindən İranda ərəb baharının gözlənilməsi. - Ali dini lider Xamneyi ilə prezident Əhmədinejadın arasındakı ixtilaf və radikal dinçilərin arasında yaranan fikir ayrılığı, İranda sabitsizliyə səbəb olan başqa bir amildir. - İran rejimi Türkiyəyə qarşı PKK terrorçularını keçmişdə dəstəkləyib və buna davam etməkdədir. Rejimin PKK-ya dəstəyi Türkiyə ilə İran, Suriya məsələsində üz-üzə gəldikdən sonra və NATO-nun Türkiyədə patriot raketləri yerləşdirməsinə dair qərarından sonra daha da artıb. - İran rejimi Türkiyəyə qarşı İranla qonşuluqda yerləşən Kars və İğdir kimi vilayətlərdə şiələrdən istifadə edir və onları Türk dövlətinə qarşı işə tutur. - … . Obalının “Today's Zaman”dakı müsahibəsini ingilis dilində oxumaq üçün aşağıdakı LİNKi tıklayın: http://www.todayszaman.com/news-302824-azeri-channel-in-iran-seeks-to-resume-broadcasting-in-turkey.html Geri dön |