Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Şirvanda "Narkomaniya - əsrin bəlası" adlı görüşdə şagirdlər maarifləndirilib
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Sosial > Şirvanda "Narkomaniya - əsrin bəlası" adlı görüşdə şagirdlər maarifləndirilib

Şirvanda "Narkomaniya - əsrin bəlası" adlı görüşdə şagirdlər maarifləndirilib


Şirvan şəhərində narkomaniyaya qarşı maarifləndirmə tədbirləri çərçivəsində bir neçə orta məktəbdə “Narkomaniya - əsrin bəlası” mövzusunda silsilə görüşlər keçirilib.

Şirvan Şəhər Polis Şöbəsinin təşkilatçılığı ilə karantin tələbləri nəzərə alınmaqla şəhər ərazisində yerləşən üç təhsil müəssisəsində narkomaniyanın fəsadlarından bəhs edən maarfiləndirmə tədbirlərində ictimaiyyət nümayəndələri, məktəblərin müəllim və şagird kollektivi iştirak ediblər.

11, 13 və 14 saylı tam orta məktəblərində baş tutan görüşlərdə çıxış edənlər cəmiyyətin ciddi bəlasına çevrilən və bütün dünya üzrə ən ağrılı problemlərdən olan narkomaniyanın yaratdığı təhlükələr və fəsadlar barədə geniş məlumat verib. Bildirilib ki, bu zərərli maddələrin geniş yayılmasında ən böyük rolu narkotacirlər oynayır. Onlar isə özlərinə hədəf kimi məhz iradəsi zəif olan gəncləri seçirlər. Bu yolla öz şəbəkələrini genişləndirir, narkotik aludəçisi olan şəxslərə gəlir mənbəyi kimi baxır, qazanc götürməyə çalışırlar. Bunun qarşısını almaq, gələcəkdə zərərli vərdişlərdən qorunmaq üçün yeniyetmələrin hər zaman diqqət olmasının, narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsləri gördükdə və ya bu barədə hər hansı bir informasiya əldə etdikdə dərhal müəllim və ya valideynlərinə, eləcə də polis əməkdaşlarına məlumat verməsinin vacibliyi diqqətə çatdırılıb.

Daha sonra çıxış edən digər tədbir iştirakçıları, şagirdlərə narkotiklərin zərərləri barədə məlumatlar verib.

Görüşlərin sonunda narkotiklərin zərərli təsiri ilə bağlı videoçarxlar nümayiş etdirilib və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Geri dön