Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > DİM: İşçi qrupların iclaslarında biologiya və tarix fənləri üzrə 6-cı sinif dərslikləri təhlil olunub
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, Mədəniyyət > DİM: İşçi qrupların iclaslarında biologiya və tarix fənləri üzrə 6-cı sinif dərslikləri təhlil olunub

DİM: İşçi qrupların iclaslarında biologiya və tarix fənləri üzrə 6-cı sinif dərslikləri təhlil olunub


Dövlət İmtahan Mərkəzində biologiya və tarix fənləri üzrə işçi qrupların növbəti iclasları keçirilib.

Mərkəzdən bildiriblər ki, iclaslarda respublikanın ümumtəhsil müəssisələrində qüvvədə olan 6-cı sinif dərslikləri təhlil olunub. İştirakçılar tərəfindən müzakirə edilən məsələlərlə bağlı fikir bildirilib və təkliflər verilib. Təhlil nəticəsində test bankının təkmilləşdirilməsi və imtahanların sual kitabçalarının formalaşdırılması zamanı nəzərə alınması üçün təkliflər hazırlanıb.

İşçi qrupların növbəti iclasları fevralın 24-də olacaq.

Geri dön