Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Avropa Parlamenti İranı ölüm hökmünü dayandırmağa çağıran qətnamə qəbul etdi
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz > Avropa Parlamenti İranı ölüm hökmünü dayandırmağa çağıran qətnamə qəbul etdi

Avropa Parlamenti İranı ölüm hökmünü dayandırmağa çağıran qətnamə qəbul etdi


Avropa Parlamenti qətnamənin qəbulunu edam cəza növünün tamamilə ləğvi və ya azaldılması istiqamətində atılan addım kimi qiymətləndirib.

Qətnamədə qeyd edilir ki, ötən ilin avqustunda İbrahim Rəisinin İran İslam Respublikasının prezidenti vəzifəsinə gəlişindən sonra edamların, o cümlədən qadınların edam edilməsinin sayı kəskin şəkildə artıb.

İnsan haqları təşkilatlarının hesabatları göstərir ki, təkcə 2021-ci ildə ən azı 15 qadın İran İslam Respublikasının məhkəmə sistemi tərəfindən ədalətsiz məhkəmələrin çıxardığı qərarlar əsasında edam edilib.

“Hamı birlikdə ölüm cəzasına qarşı” qeyri-hökumət təşkilatının sözçüsü Julia Burbon Frnandez bundan öncə Fransa xəbər agentliyinə verdiyi müsahibədə İranda qadınların çoxunluğunun partnyorunu “qəsdən öldürdüyünə” görə edam etdiyini söyləmişdi.

Bu qətllərin əksəriyyəti zorlama və ya məişət zorakılığına qarşı özünümüdafiə motivləri ilə törədilir.

Bununla yanaşı Avropa Parlamentinin internet saytının xəbərlər bölməsində dərc olunan məlumata görə, qətnamənin mətnində İranda azlıqlara qarşı artan edam cəzasının tətbiqi məsələsinə toxunulur.

Məlumatda bildirilir ki, İranda ölüm hökmü etnik, dini və digər azlıqlara, xüsusən də bəluçlara, kürdlərə, ərəblərə və bəhailərə, eləcə də LGBT-lərə qarşı fərq qoymadan tətbiq edilir.

Avropa Parlamenti həmçinin İran hakimiyyət orqanlarını İslam Cinayət Məcəlləsinin 91-ci maddəsinə dərhal düzəliş etməklə, bütün hallarda 18 yaşına çatmamış şəxslərin törətdiyi cinayətlərə görə ölüm hökmünün tətbiqini qəti şəkildə qadağan etməyə çağırıb.

Avropa Parlamentinin qəbul etdiyi qətnamədə göstərilib ki, təkcə 2022-ci ilin yanvar ayında ölkədə yetkinlik yaşına çatmayan 85 məhkum barələrində çıxarılan ölüm hökmünü gözləməkdədirlər.
Qətnamənin mətni 617 lehinə, 8 əleyhinə, 59 bitərəf səslə təsdiq edilib.

Birləşmiş Millətlər Təşkilatı bundan əvvəl İranda insan haqlarının pozulması ilə bağlı illik hesabatında təkcə 2021-ci ildə ən azı 275 nəfərin edam edildiyini bildirmişdi.

Geri dön