Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Xəbərlər, Siyasət, Özəl xəbər, Fərəc Quliyev > Fərəc Quliyev:Bu məsələdə Türkiyə ilə Azərbaycanın önəmini anladıqlarını görürəm
Fərəc Quliyev:Bu məsələdə Türkiyə ilə Azərbaycanın önəmini anladıqlarını görürəm |
“Barış təklif edən tərəflərin qarşı tərəfə təklif edəcəyi şeylər də olmalıdır”.
Bu fikirləri Rusiya-Ukrayna məsələsində Azərbaycanla Türkiyənin vasitəçilik missiyası haqqında danışarkən Milli Dirçəliş Hərəkatı Partiyasının (AMDHP) sədri Fərəc Quliyev Yenicag.az-a açıqlamasında deyib. Partiya sədri bildirib ki, ən optimal seçim sözügedən vasitəçiliyin qəbul edilməsidir: “Hesab edirəm ki, Azərbaycan-Türkiyə tandemi daha uğurlu ola bilər. Çünki bir vaxtlar Türkiyə ilə Rusiya arasında təyyarə məsələsi ortaya çıxanda birbaşa Azərbaycan Prezidentinin müdaxiləsi ilə barış ərsəyə gəlmişdi. Tandemi ona görə xüsusilə qeyd edirəm ki, Qafqazda yeni siyasi konstruksiyanı tandem müəyyənləşdirir. Həm də hər iki tərəfin – Rusiya və NATO-nun bu iki dövlətə böyük ehtiyacları var. Bu gün əsas məsələlər məhz bu bölgədə həll edilir. Həmçinin barış təklif edən tərəflərin qarşı tərəfə təklif edəcəyi şeylər də olmalıdır. Baxın, Rusiya savaş olacağı təqdirdə Türkiyədən iki şeyi xahiş edirdi: “Bayraktar”ları satmamasını və Montre sazişinə görə hərbi gəmiləri buraxmamasını. Yaxud sanksiyalar fonunda Avropadakı yaranacaq enerji böhranının Azərbaycanla çözümü mümkündür. Əslində, biz hər iki tərəfə təsir imkanına malik ölkələrik. Türkiyə bəyan edir ki, savaş tərəfdarı deyilik, çünki Ukrayna və Rusiya ilə ikitərəfli münasibətlər mövcuddur. Türkiyə tərəfi deyir ki, nə olmasından asılı olmayaraq, biz sifətimizi saxlamaqla vasitəçilik təklif edirik. Azərbaycan Prezidenti də Ukrayna səfərindən döndükdən sonra Rusiya Prezidenti ilə məsələni müzakirə etdi. Hesab edirəm ki, vasitəçilikdə ən optimal variant Türkiyə-Azərbaycan tandemidir. Burada reaksiya da önəmlidir. Makron bu məsələdə təşəbbüsü götürmək istədi, lakin Putin ona əhəmiyyət vermədi. Ancaq Ərdoğanın hər iki lideri Türkiyədə görüşdürmək çağırışına Putin də, Zelenski də müsbət qarşılıq verdi. Bu məsələdə Türkiyə ilə Azərbaycanın önəmini anladıqlarını görürəm”. Aqil Bəkir/yenicag.az Geri dön |