Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Gündəm, İqtisadiyyat > Yaponiyanın biznes nümayəndələri hökuməti sərhəd məhdudiyyətlərini yumşaltmağa çağırıb
Yaponiyanın biznes nümayəndələri hökuməti sərhəd məhdudiyyətlərini yumşaltmağa çağırıb |
Yaponiyanın nəhəng biznes lobbisinin rəhbəri hökuməti ölkəyə gələn əcnəbilərə qarşı məhdudiyyətləri daha da yumşaltmağa çağırıb.
Bu barədə müraciətlə Yaponiya Biznes Federasiyasının prezidenti Tokura Masakazu mətbuat konfransı zamanı bəyan edib. Xəbər verdiyimiz kimi, Yaponiya hökuməti ötən həftə ölkəyə gələn əcnəbilərin gündəlik giriş sayını martın 1-dən 3500-dən 5000-dək artırmaq barədə qərar qəbul edib. Hökumətin bu addımını Yaponiyanın dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində atılan ilk addım kimi yüksək qiymətləndirən T.Masakazu, məhdudiyyətlərin yumşaldılmasını sürətləndirməyə çağırıb. İmmiqrasiya prosedurlarını da yüngülləşdirməyi təklif edən iş adamı bu məqsədlə rəqəmsal texnologiyaların tətbiqinin müsbət nəticələr verəcəyini bildirib. T.Masakazu artıq dünyanın bir çox ölkələrinin koronavirusu pandemiya deyil, endemiya kimi qəbul etdiyini əlavə edərək, Yaponiyanın da öz siyasətini buna uyğun olaraq korrektə etməsinin vaxtı çatdığını deyib. Xatırladaq ki, Yaponiya hökuməti noyabrda “omikron” ştamına görə ölkəyə gələn əcnəbilərin girişinə məhdudiyyətləri sərtləşdirib. Geri dön |