Deprecated: preg_replace(): The /e modifier is deprecated, use preg_replace_callback instead in /home/davam/public_html/engine/modules/show.full.php on line 292 davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > Çap səhifəsi > Türk birliyinə doğru daha bir addım
davam.az - BÜTÖV AZƏRBAYCAN ADINA! > DAVAMın yazıları > Türk birliyinə doğru daha bir addım

Türk birliyinə doğru daha bir addım


Türkdilli ölkələrin media forumu keçirildi


Dünya birliyi bundan sonra bizi daha yaxından tanıyacaq. Çünki bundan sonra səsimiz birgə çıxacaq. Bu səs başqa səslərdən fərqlənəcək. Kiminçünsə bu səs musiqi olacaq, kiminsə bu hayqırtıdan qulağı batacaq. Unudulmaq bitdi artıq, indi hər kəs türkün kim olduğunu xatırlayacaq.

Dünən Bakıda “Kempinski-Badamdar” otelində Azərbaycan Mətbuat Şurasının və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə Türkdilli Ölkələrin və Toplumların II Media Forumu başlaydı. “Qloballaşan dünyada türkdilli media amili: “fərqliliklər və ortaq maraqlar” mövzusunda keçirilən forumda Azərbaycan ilə yanaşı Türkiyədən, Qazaxıstandan, Qırğız Respublikasından, Özbəkistandan, Türkmənistandan, Şimali Kiprdən, Rusiya Federasiyasının subyektləri olan Tuva, Saxa, Xakasiya, Kabardin-Balkar, Qaraçay-Çərkəz, Tatarıstan, Başqırdıstan respublikalarından, Ukraynanın Krım Muxtar Vilayətindən, Moldovanın Qaqauz Muxtar Ərazisindən, Avropada türklərin yığcam məskunlaşdıqları bölgələrdən - İraqdan, Bolqarıstandan, Yunanıstandan, Makedoniyadan, Kosovodan nümayəndələr iştirak edirdilər.

Bu forumda Türkdilli Ölkələrin Media Qurumlarının və İnformasiya Orqanlarının Koordinasiya Mərkəzi yaradıldı və Əflatun Amaşov sədr seçildi.
Forumda baş vermiş hadisələrdən, qəbul edilmiş qərarlardan daha vacibi o forumun keçirilməsi idi. Çünki soyu, milləti bir dövlətlərin 4-cü hakimiyyətlərinin birlik içərisində olması və bu hadisənin Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantısından dərhal sonra baş verməsi dünya birliyinin diqqətini çəkməyə bilməz. Bu, türkdilli ölkələrin mədəni, mənəvi birliyinin qurulması yolunda dövlətlərin nə qədər ciddi olduğunun bir növ sübutudur. Məncə, bu forumun Azərbaycanda keçirilməsinin də xüsusi əhəmiyyəti var. Bu üsulla rəsmi Bakı həm türk birliyinin yaranmasına münasibətini göstərdi, həm də bu birliyin hansı təməllərdə qurulmalı olduğunu göstərdi. Forum iştirakçılarının Quba qəbiristanlığına aparılmasının əsas səbəbi məhz bu idi.

Bu forum sizin gördüyünüz qədər də kiçik iş deyil. Forumda iştirak edən dövləti olmayan türk xalqlarının mediya mənsubları, tək olmadıqlarının şahidi oldular. Forumda təklif olunan ortaq televiziya, ortaq radio, ortaq media qurumlarının formalaşması bu ölkələrin və xalqların mənəvi bağlılığını daha da artıracaq.

Bəs bu birliyə kim maneçilik törətmək istəyər?
Mediya birliyinin iflasa uğramasını təmin etmək əslində çox asandır. İstər texniki istərsə də qeyri yollarla bu birliyin qarşısını almaq üçün bu birliyi istəməyən qüvvələr real qüvvələrə malikdirlər. Dövləti olmayan türk xalqlarının böyük bölümünün Rusiya ərazisində yaşadığını nəzərə alsaq, əmin ola bilərik ki, işlərimiz heç də maneəsiz olmayacaq. Amma biz türkük, “bizə yol uzundur və maneələrlə doludur” deyiləndə geri çəkilməyi xəyal belə eləmirik. Bu, bizə yalnız yola daha tez çıxmalı olduğumuzu deyir.

P.S. Bir şeyin dəyəri onu əldə etmək üçün verdiyin qurbanın dəyərinə bərabərdir. İnşallah yolumuzun çətinliyi qələbəmizi daha da parlaq edər.

Geri dön